Ət-Tövbə surəsi - Ayə: 104

Məkkəvi Quran-ı Kərim
Ət-Tövbə surəsi - Ayə: 104
Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ət-Tövbə surəsi 104. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 104 MÖHSÜN QƏRAƏTİ.

"Bilmədilərmi ki, yalnız Allah Öz bəndələrindən tövbəni qəbul edir, sədəqələri alır və Allah tövbələri qəbul edən və mehribandır.”
Nöqtələr
Təbuk döyüşündə iştirak etməmiş bir dəstə həzrət Peyğəmbərin (s) yanına gəlib tövbələrinin qəbul olunmasını istədilər. Ayədə buyurulur ki, tövbələri qəbul edən başqası yox, yalnız Allahdır. Peyğəmbərə və imama verilən sədəqə və zəkatların əsil ünvanı Odur.
Peyğəmbər (s) Allahın göstərişi altında zəkat aldığından, əslində bu zəkatı Allah alır. Necə ki, beyət ayəsində buyurulur: "Ey peyğəmbər, kim sənə beyət etdisə, elə bil, Allaha beyət etmişdir.” 
İmam Sadiq (ə) buyurmuşdur: "Sədəqə əvvəlcə Allaha çatır, sonra fəqirin əlinə yetişmiş olur.” Sonra həzrət həmin bu ayəni tilavət etmişdir. 
İmam Sadiqdən (ə) soruşdular ki, zəkat peyğəmbərə məxsusdur, yoxsa ondan sonra da davam edir? Həzrət buyurdu: "Bəli, davamı var.” 
Bildirişlər
1. Tövbəni nəinki keşişlər və kilsə, hətta Allahın peyğəmbəri də qəbul edə bilməz. Bu, yalnız Allaha məxsus məqamdır.
2. Zəkat ödənməsi gerçək tövbə şərtidir.
3. İnsanın daxilindəki inqilab onun maddi yardımlarından öndə gəlir.
4. Tövbə təkcə peşmançılıq deyil, peşmançılıqdan sonra islah və əməl də lazımdır.
5. Sədəqəni Allah qəbul etdiyindən onu həvəslə, ən yaxşı mallardan və ən üstün tərzdə verək.
6. Zəkat böyük müqəddəsliyə malik islami ödəncdir. Çünki onu alan Allah-təaladır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.