Ət-Tövbə surəsi · 103-cü ayə

(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Mallarından sədəqə al ki, bu yolla onları paklayasan, inkişaf etdirəsən. Onlara salam göndər (dua et). Çünki sənin duan onların aramlığına səbəb olur. Allah eşidən və biləndir.”

 

Nöqtələr
Ayə hicrətin ikinci ili ramazan ayında, Mədinədə nazil olmuşdur. Peyğəmbər (s) buyurdu: "Elan edin ki, Allah zəkatı da namaz kimi vacib etdi.” Bir ildən sonra yenə göstəriş verdi ki, müsəlmanlar zəkat ödəsinlər.
Peyğəmbər (s) zəkat verənlərə salam göndərdi. Allah isə qanına bələndiyi halda müqavimət göstərən mücahidlərə salam göndərir. 
Bildirişlər
1. İslam hakiminin vəzifələrindən biri zəkat toplamaqdır.
2. İslam xüsusi mülkiyyəti qəbul edir.
3. Zəkat sizin sərmayənizin kiçik bir hissəsini təşkil edir. Onu həvəslə ödəyin.
4. Zəkat insanın iman iddiasının sübutudur.
5. Zəkat insanın ruhunu xəsislikdən, dünyapərəstlikdən təmizləyir.
6. Zəkat fərd və cəmiyyətdə əxlaqi keyfiyyətləri inkişaf etdirir.
7. Bir çox fəsadların səbəbi yoxsulluqdur. Məhrumların dolanışıq xərclərinin təmini cəmiyyəti bir sıra fəsadlardan xilas edir.
8. Həzrət Peyğəmbər (s) adi xalqa salam göndərirdi. Onun bu münasibəti xalqı yaxşılığa sövq edir, şəxsiyyətlərini formalaşdırırdı.
9. Zəkat ödəyənlə zəkat alanın rabitəsi məhəbbət və mənəviyyat üzərində qurulmalıdır.
10. Peyğəmbərin xalqa duası qəbuldur.
11. Deməyək ki, zəkat vermək vəzifədir, zəkat verənlərə təşəkkür edək.
12. Təşviq həmişə maddi olmur. Bəzən mənəvi təşviq daha təsirli olur.
13. Təşviq işin ağırlığını yüngülləşdirir.
14. Göstərişlərin və vəzifələrin qaynağı ilahi elmdir.

Tez-tez Verilən Suallar

Ət-Tövbə surəsi 103-cü ayə haqqında suallar və cavablar

Ət-Tövbə surəsinin 103-cü ayəsi nə haqqındadır?
(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.
Ət-Tövbə surəsi 103-cü ayə hansı surədə yerləşir?
Ət-Tövbə surəsi Quran-ı Kərimin 9-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Ət-Tövbə surəsinin tərkib hissəsidir.
Ət-Tövbə surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ət-Tövbə surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ət-Tövbə surəsi 103-cü ayənin təfsiri nədir?
"Mallarından sədəqə al ki, bu yolla onları paklayasan, inkişaf etdirəsən. Onlara salam göndər (dua et). Çünki sənin duan onların aramlığına səbəb olur. Allah eşidən və biləndir.”   Nöqtələr Ayə hicrətin ikinci ili ramazan ayında, Mədinədə nazil olmuşdur. Peyğəmbər (s) buyurdu: "Elan edin ki, Allah zəkatı da namaz kimi vacib etdi.” Bir ildən sonra yenə göstəriş verdi ki, müsəlmanlar zəkat ödəsinlər. Peyğəmbər (s) zəkat verənlərə salam göndərdi. Allah isə qanına bələndiyi halda müqavimət göstərən ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.