Ər-Rəd surəsi · 41-ci ayə

Məgər Bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? (Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən, dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində) hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O, tez hesab çəkəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Hamının hesabı Bizim öhdəmizədir və Biz sürətlə hesab çəkəcəyik.) Məgər görmədinmi, Biz torpağın sorağınca gəlir və daim tərəflərindən onu əskildirik?! Allah hökm edir və Onun hökmünü dəyişən kəs yoxdur. O hamı ilə tez hesab çəkər.”
Nöqtələr
Müxtəlif rəvayətlərdə bildirilir ki, yerin tərəflərdən azaldılması alimlərin ölümü, çatışmazlığı nəzərdə tutulur.
Bildirişlər
1. Tarixdən və keçmişdəkilərin aqibətindən ibrət götürək, Allahın vəd və xəbərdarlıqlarına şəkk etməyək.
2. Hakimiyyətlərin və şəxsiyyətlərin ömrü Allahın istəyi ilə başa çatır.
3. Allahın hakimiyyəti və hökmü yenilməzdir.
4. Bütün şəxsiyyətlər və güclər tədricən yer üzündən götürülər. Allahın qüdrəti isə sabit və davamlıdır.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 41-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 41-ci ayəsi nə haqqındadır?
Məgər Bizim bu yerə üz tutmağımızı və daim onun ətraf və kənarlarından azaltmağımızı görmədilər? (Fərdlərdən, cəmiyyətlərdən, alimlərdən, dövlətlərdən və mədəniyyətlərdən bəzilərini azaldır və ya məhv edirik. Dünyanın bütün hadisələri barəsində) hökmünü əsla dəf edə bilən olmayan halda hökm edən yalnız Allahdır. O, tez...
Ər-Rəd surəsi 41-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 41-ci ayənin təfsiri nədir?
"(Hamının hesabı Bizim öhdəmizədir və Biz sürətlə hesab çəkəcəyik.) Məgər görmədinmi, Biz torpağın sorağınca gəlir və daim tərəflərindən onu əskildirik?! Allah hökm edir və Onun hökmünü dəyişən kəs yoxdur. O hamı ilə tez hesab çəkər.”NöqtələrMüxtəlif rəvayətlərdə bildirilir ki, yerin tərəflərdən azaldılması alimlərin ölümü, çatışmazlığı nəzərdə tutulur.Bildirişlər1. Tarixdən və keçmişdəkilərin aqibətindən ibrət götürək, Allahın vəd və xəbərdarlıqlarına şəkk etməyək.2. Hakimiyyətlərin və şəxsiyyə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.