Ər-Rəd surəsi - Ayə: 40

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 40
Əgər onlara vəd etdiklərimizin (dünyəvi cəzaların) bir qismini sənə göstərsək, yaxud (ondan qabaq) sənin canını alsaq, sənin vəzifən (onların əzabını görmək deyil) yalnız tapşırığı çatdırmaqdır və (imana məcbur etmək və hər təklifi qəbul etmək deyil) hesab çəkmək (və cəzalandırmaq) Bizim öhdəmizədir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 40. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 40 MÖHSÜN QƏRAƏTİ.

"Ey peyğəmbər, işin nəticəsini görmək fikrində olma, çünki onlara vəd etdiyimizin bir hissəsini sənə göstərsək də, ya səni dünyadan aparsaq da, (bil ki, Biz Öz vədlərimizi yerinə yetirəcəyik). Beləcə, sənin vəzifən yalnız təbliğdir. Hesab çəkmək yalnız Bizim işimizdir.”
Bildirişlər
1. Allahın müsəlmanlara lütfündən və ya kafirlərə qəhr-qəzəbindən müşahidə olunanlar ilahi vədlərin gerçəkləşməsindən yalnız bir hissəsidir.
2. Hətta möhtərəm peyğəmbər kimi fərdlərin ölümü ilahi vədlərin gerçəkləşməsinə mane olmur və bu vədlər nəzərdə tutulduğu vaxt gerçəkləşir.
3. Bəzən təbliğin təsirləri təbliğçi gedəndən sonra üzə çıxır. Demək, vəzifəmizi yerinə yetirərkən dərhal nəticə gözləməməliyik. Çünki təxir işin baş verməyəcəyini göstərmir.
4. İlahi cəzalar əsassız və hesabsız deyil.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.