Ər-Rəd surəsi · 33-cü ayə

Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yoldan saxlanılaraq məhrum ediliblər. Allahın azğınlıqda boşladığı kəsə əsla yol göstərən olmayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Görən, hər kəsə, onun əməlinə hakim və nəzarətçi olan (ibadətə layiqdir, yoxsa qurama bütlər?) Onlar Allaha şəriklər qoşdular. De ki, onların adını çəkin. Allaha yer üzündə Onun tanımadığı şəriklərdənmi xəbər verirsiniz? Yoxsa boş sözlər (danışırsınız?) Ola bilsin ki, küfr edənlər üçün onların məkrləri zinətli göstərilmişdir və (haqq) yoldan uzaqlaşdırılmışlar. Allahın azdırdığı kəs üçün heç bir yol göstərən yoxdur.”
Nöqtələr
"Allah Qaimdir” dedikdə Onun bütün işlərə müdiriyyəti, təminatçılığı, mühafizəsi, nəzarəti, qeydiyyatçılığı nəzərdə tutulur.
Bildirişlər
1. Allah suallar vasitəsi ilə insanın ağıl və fitrətini mühakiməyə çağırır. Çünki ağıl və fitrət şirkə uyğun deyil.
2. Alim, vahid və qəyyum olan Allahdan uzaq düşən kəs şirk və çoxallahlıq girdabına yuvarlanır.
3. Bütpərəstlik və şirk o qədər əsassız və məntiqsizdir ki, uydurulmuş məbudların ad və xüsusiyyətlərini açıqlamaq olmur.
4. Ola bilsin ki, müşriklər də bütləri qəlbən qəbul etmirlər.
5. Şirk də bir növ küfrdür.
6. Azğınlıqların cilvələndiyi insan haqq və tərbiyə yolundan uzaq düşür.
7. Öz plan və tədbirlərimizlə qürrələnməyək.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 33-cü ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 33-cü ayəsi nə haqqındadır?
Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsin...
Ər-Rəd surəsi 33-cü ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 33-cü ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 33-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 33-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 33-cü ayənin təfsiri nədir?
"Görən, hər kəsə, onun əməlinə hakim və nəzarətçi olan (ibadətə layiqdir, yoxsa qurama bütlər?) Onlar Allaha şəriklər qoşdular. De ki, onların adını çəkin. Allaha yer üzündə Onun tanımadığı şəriklərdənmi xəbər verirsiniz? Yoxsa boş sözlər (danışırsınız?) Ola bilsin ki, küfr edənlər üçün onların məkrləri zinətli göstərilmişdir və (haqq) yoldan uzaqlaşdırılmışlar. Allahın azdırdığı kəs üçün heç bir yol göstərən yoxdur.”Nöqtələr"Allah Qaimdir” dedikdə Onun bütün işlərə müdiriyyəti, təminatçılığı, m...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.