Ər-Rəd surəsi - Ayə: 32

Məkkəvi Quran-ı Kərim
Ər-Rəd surəsi - Ayə: 32
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ər-Rəd surəsi 32. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 32 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma Mən küfr edənlərə möhlət verdim. Sonra onları (qəzəbimlə) yaxaladım. Gör Mənim cəzam necə oldu!”
Bildirişlər
1. Peyğəmbərlərin tarixi ilə tanışlıq çətinliklərlə mübarizədə səbir və dözüm amilidir.
2. Allahın elçilərini məsxərə edən kəs kafirdir.
3. Möhlət verilməsi Allahın qəti və həmişəlik sünnəsi, qanunudur. (Mömin Allahın möhlət fürsətindən tövbə və saleh əməl üçün bəhrələnməlidir. Kafirlər isə möhlət dövründə öz günahları üzərində israr göstərirlər.)
4. Allahın möhləti bizi qürrələndirməsin, Onun qəhr-qəzəbi gözlənilmədən yetişir.
5. Bir şəxsə müəyyən iş tapşırdıqda onu həmin işin təhlükə və çətinliklərindən xəbərdar edin və ona ruhiyyə verin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.