Ər-Rəd surəsi · 32-ci ayə

Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma Mən küfr edənlərə möhlət verdim. Sonra onları (qəzəbimlə) yaxaladım. Gör Mənim cəzam necə oldu!”
Bildirişlər
1. Peyğəmbərlərin tarixi ilə tanışlıq çətinliklərlə mübarizədə səbir və dözüm amilidir.
2. Allahın elçilərini məsxərə edən kəs kafirdir.
3. Möhlət verilməsi Allahın qəti və həmişəlik sünnəsi, qanunudur. (Mömin Allahın möhlət fürsətindən tövbə və saleh əməl üçün bəhrələnməlidir. Kafirlər isə möhlət dövründə öz günahları üzərində israr göstərirlər.)
4. Allahın möhləti bizi qürrələndirməsin, Onun qəhr-qəzəbi gözlənilmədən yetişir.
5. Bir şəxsə müəyyən iş tapşırdıqda onu həmin işin təhlükə və çətinliklərindən xəbərdar edin və ona ruhiyyə verin.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 32-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 32-ci ayəsi nə haqqındadır?
Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdi, beləliklə, küfr (və istehza) edən kəslərə (bir müddət) möhlət verdim, sonra onları (suda boğulma, zəlzələ, səmavi bağırtı və daş yağışı kimi əzablarla) yaxaladım. Buna görə də (bax gör) Mənim əzabım necə olmuşdur?!
Ər-Rəd surəsi 32-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 32-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 32-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 32-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 32-ci ayənin təfsiri nədir?
"Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza olundu. Amma Mən küfr edənlərə möhlət verdim. Sonra onları (qəzəbimlə) yaxaladım. Gör Mənim cəzam necə oldu!”Bildirişlər1. Peyğəmbərlərin tarixi ilə tanışlıq çətinliklərlə mübarizədə səbir və dözüm amilidir.2. Allahın elçilərini məsxərə edən kəs kafirdir.3. Möhlət verilməsi Allahın qəti və həmişəlik sünnəsi, qanunudur. (Mömin Allahın möhlət fürsətindən tövbə və saleh əməl üçün bəhrələnməlidir. Kafirlər isə möhlət dövründə öz günahları üzərində ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.