"(Birinci dəstə ilə yanaşı) Allahla möhkəm əhddən sonra onu pozanlar, Allah tərəfindən birləşdirilməsi əmr olunanı qıranlar, yer üzündə fəsad törədənlər var. Onlar üçün lənət və pis mənzil var.”
Nöqtələr
Quranda düşüncə sahiblərinin əhdə vəfa, Allah tərəfindən birləşdirilməsi əmr olunan vəfa ilə bağlı yaxşı və bariz sifətlərin ziddinə malik bir dəstədən danışılır. Yəni onlar əhd-peymanı pozur, birləşdirilməsi əmr olunanı qırırlar. Ona görə də belələri üçün "Suud-dar”, yəni pis mənzil nəzərdə tutulmuşdur.
Quranda dəfələrlə fərdlərin yer üzündə fəsadından danışılır. Fəsadçı kimi tanınanlardan biri də Firondur. Əkin və nəslin məhvi , təfriqə və qətl yer üzündə fəsad nümunələrindəndir. Quranda yer üzündə fəsad törədənlər üçün ölüm, dar, bədən üzvünün kəsilməsi, sürgün kimi cəzalar nəzərdə tutulur. Quran bildirir ki, qəlbində göylə getmək və fəsad törətmək olan insanlar Allahın lütfündən məhrumdurlar.
İmam Səccad (ə) öz övladına belə vəsiyyət edir: "Sileyi-rəhmdən üz çevirənlərlə dostluq və yoldaşlıqdan çəkin. Çünki Quranda onların lənətləndiyini görmüşəm.”
Bildirişlər
1. Tərbiyə və təbliğ üsullarından biri müqayisədir.
2. Bütün azğınlıqların başlanğıc nöqtəsi insanın öz Rəbbindən ayrılmasıdır.
3. Sileyi-rəhmin tərk olunması kəbirə (böyük) günahlardandır. Çünki bu günaha görə əzab vəd olunmuşdur.
4. İnsanın fəsadı hər yerə sirayət edir.