"Kafirlər deyirlər: «Nə üçün Rəbbi tərəfindən ona (biz istədiyimiz) möcüzə nazil olmayıb?» De ki, həqiqətən, Allah istədiyiin azdırar, Ona üz tutub tövbə edəni Özünə doğru hidayət edər.”
Nöqtələr
Hər bir peyğəmbər öz iddiasını isbat etmək üçün Allah tərəfindən möcüzə adlandırılan bir nişanəyə malik olmalıdır. Amma haqqı qəbul etmək fikrində olmayan inadkar insanlar Peyğəmbərdən (s) öz istəklərinə uyğun möcüzə gözləyirdilər. Onlar inadkarlığı bir kənara qoysaydılar, əlbəttə ki, Quran özü böyük bir möcüzə idi.
Bəzən su və qida xəstə insana zərərli olur. Əslində isə su və qida zərərli deyil və həmin şəxslər xəstə olduqları üçün zərər çəkirlər. Ruhi baxımdan xəstələr də fiziki baxımdan xəstələr kimidir. Onlar Allah ayələrinə münasibətdə narahatlıq duyurlar. Həqiqətlə qarşılaşan kimi onlardakı inadkarlıq ruhu oyanır, hidayətə arxa çevirirlər. "Yuzillu”, yəni "azdırar” təbirinin mənası elə budur!
HİDAYƏT VƏ ZƏLALƏT (DOĞRU YOLA YÖNƏLTMƏ VƏ AZDIRMA) MÖVZULARINDA SÖHBƏTİlahi hidayət iki növdür: ibtidai və təkmili.
İbtidai hidayət bütün xalqa aiddir. Məsələn, müəllim ilk dərslərdə mövzunu bütün şagirdlər üçün eyni səviyyədə izah edir. Bir müddət sonra ciddi və çalışqan şagirdlərə daha çox diqqət göstərilir.
Amma Quran bəzilərinin haqqında belə buyurur: "İlahi ayələrdən elə bir ayə nazil olmadı ki, onlar həmin ayədən üz döndərməyələr” ; "Əgər Biz kitabı səmadan kağız üzərində göndərsək, onlar öz əlləri ilə ona toxunsalar, yenə deyərlər ki, bu sehrdir” ; "İstənilən bir möcüzəni görsələr iman gətirməyəcəklər.”
Lütf əlini götürməkdən, qəlblərinə zəlalət möhürü vurmaqdan başqa nə çarə var? Hər halda Allah hikmət və ədalət sahibidir. Onun bütün işləri və istəkləri ədalət, hikmət, lütf və diqqət əsasında təfsir olunur.
Əgər Allah buyurursa ki, "istədiyimi hidayət edərəm”, bu istəyi əsassız saymamalıyıq. Məsələn, bir ayədə hidayət üçün iman şərt sayılır. Başqa bir ayədə doğru yol getməklə Allahın razılığını qazanmaq hidayət zəminəsi kimi tanıtdırılır.
Allahın bir insanı azdırmasının səbəbi isə həmin şəxsin israf və şəkk-şübhəyə uğramasıdır.
Əgər bir qabın ağzı yuxarı olsa ona yağış yığılar. Əgər qabı ağzı aşağı qoysaq, nə qədər yağış yağsa da, bu qaba dolası deyil. Beləcə, ruhunun qapısı maddiyyata açılmış insan ilahi mənəviyyat yağışından məhrum qalır.
Bildirişlər
1. İnadkar kafirlər addımbaşı yeni bir möcüzə istəyirlər. Möcüzəyə münasibətdə tərəddüdün səbəbi möcüzənin özü yox, həmin şəxslərin daxilindəki inadkarlıqdır.
2. İlahi sünnə, qanun bütün insanların hidayətini nəzərdə tutur. Amma bir insan əyri yolu tutduqda Allah həmin azğınlığı ona cəza qərar verir.
3. Haqq qarşısında mütilik hidayət açarıdır.
4. Xalqın hidayəti Allahın əlində olsa da, Allah yalnız özünü hazırlamış, ləyaqət əldə etmiş insanları hidayət edir.