Ər-Rəd surəsi · 21-ci ayə

Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Düşüncə sahibləri) Allahın əmri ilə birləşməli olanları birləşdirən, Rəbbinin hüzurunda və sorğu-sualın çətinliyindən qorxan kəslərdir.”
Nöqtələr
Rəvayətlərdə deyilir ki, birləşdirilməsi Allah tərəfindən əmr olunan həqiqət sileyi-rəhm, yəni ailə bağlılıqlarının qorunması, o cümlədən məktəb bağlılıqlarının hifz olunması, səmavi rəhbərlə daimi və dərin rabitə, vilayət xəttinə itaətdir.
Əsrimizdə ötəri bir baxışla görmək olar ki, yer üzünün ən böyük və ən mühüm sərmayəsinə - neftə, bir milyard insanın vəhdət nöqtəsi olan Kəbəyə, ən üstün məktəb və məntiqə malik olmalarına baxmayaraq, müsəlmanlar ilahi rəhbər məsələsinə biganə qaldıqlarından dünyanın zalım güclərinin sıxıntısı altındadırlar. "Bəqərə” surəsinin 27-ci ayəsində buyurulur: "Allahla əhd bağladıqdan sonra onu pozanlar, birləşdirilməsi Allah tərəfindən əmr olunmuşu parçalayanlar, yer üzündə fitnə-fəsad törədənlər, məhz belələri ziyana uğrayanlardır!” Yalnız qohumluq əlaqələrinin kəsilməsi ilə yer üzünü fitnə-fəsadın bürüməsi inandırıcı görünmür. Şübhəsiz ki, əsas bəla ilahi rəhbərə itaətsizlikdədir. Məhz bu səbəbdən müsəlmanlar zalım qüvvələrin pəncəsinə düşmüş, müsəlman məmləkətlərini fəsad və yoxsulluq bürümüşdür.
Allahın qorunmasını əmr etdiyi rabitələr çeşidli və çoxdur. O cümlədən: alimlərlə elmi rabitələr ; xalqla ictimai rabitələr ; valideynlə mənəvi rabitələr ; yoxsullarla iqtisadi rabitələr ; cəmiyyətin idarəçiliyində düşüncə rabitələri ; vilayətlə, rəhbərlə siyasi rabitələr ; möminlərlə hərtərəfli rabitələr ; Allahın övliyaları ilə mənəvi rabitələr .
SİLEYİ-RƏHM (QOHUMLARLA ƏLAQƏ, QOHUMLARA EHSAN)
Sileyi-rəhm dedikdə təkcə görüşmək nəzərdə tutulmur. Maddi yardımlar da sileyi-rəhm nümunələrindəndir. İmam Sadiq (ə) buyurur: "İnsanın var-dövlətində zəkatdan əlavə, başqalarının haqqı var.” Sonra imam bu ayəni oxumuşdur. Ola bilsin ki, imam başqalarının haqqı dedikdə xümsü nəzərdə tutmuşdur.
Allah-təalanın sileyi-rəhm həqiqətini Öz adı ilə yanaşı zikr etməsi bu həqiqətin əhəmiyyətini yetərincə işıqlandırır.
"Ərham”, yəni "qohumlar” dedikdə təkcə ailə və yaxınlar yox, həm də bütün fərdlərin qardaş olduğu İslam cəmiyyəti nəzərdə tutulur. Bu söz möminlərin atası olan həzrət Peyğəmbər (s) və həzrət Əliyə (ə) də şamil olunur. Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli ümmətin atasıyıq.”
İmam Sadiq (ə) dünyadan köçmək astanasında ikən göstəriş verdi ki, onun üzünə ağ olmuş qohumlara hədiyyə verilsin. Həzrət bu işinə görə məzəmmət olunduqda yuxarıdakı ayəni oxudu. Bizə belə öyrədilmişdir ki, qarşı tərəfin bizə məhəbbəti və xoş gümanlığı sileyi-rəhm şərti deyil.
"Yəxşəvnə Rəbbəhum” və "yəxafunə suəl hisab” ifadələri haqqında danışarkən deməliyik ki, "xəşyət” və "xovf” sözləri bəzən eyni mənanı bildirsə də, əslində fərqli mənalara malikdir. "Xəşyət” dedikdə hörmət və qarşı tərəfin əzəmətindən doğan qorxu, "xof” dedikdə isə istənilən bir qorxu və iztirab nəzərdə tutulur. Hər hansı acı hadisə ilə bağlı "xəşyət” sözü işlədilmir. İnsan soyuqdan və xəstəlikdən qorxusunu "xəşyət” sözü ilə ifadə etmir. Belə çıxır ki, "xəşyət” alimlərə, "xof” isə bütün xalqa aid olan haldır. Quranda buyurulur: "Yalnız alimlərin Allahdan qorxusu ("xəşyəti”) var.”
Bildirişlər
1. Əqidə məktəbi və ilahi bağlılıqların qorunması həqiqi ağıl nişanəsidir.
2. Biz Allah əmrinə əsasən yaxınlarımızla bağlılıqda olmalı və onların bu bağlılıqda maraqlı olub-olmadıqlarını nəzərə almamalıyıq.
3. Qohumlarla görüşdə günahdan, o cümlədən göz günahından çəkinin.
4. Həm Allahın əzəmətindən, həm də Onun cəzasından qorxun.
5. Qohumlarla əlaqəni kəsmək Qiyamət hesabını ağırlaşdıran səbəbdir.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 21-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 21-ci ayəsi nə haqqındadır?
Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.
Ər-Rəd surəsi 21-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 21-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 21-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 21-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 21-ci ayənin təfsiri nədir?
"(Düşüncə sahibləri) Allahın əmri ilə birləşməli olanları birləşdirən, Rəbbinin hüzurunda və sorğu-sualın çətinliyindən qorxan kəslərdir.”NöqtələrRəvayətlərdə deyilir ki, birləşdirilməsi Allah tərəfindən əmr olunan həqiqət sileyi-rəhm, yəni ailə bağlılıqlarının qorunması, o cümlədən məktəb bağlılıqlarının hifz olunması, səmavi rəhbərlə daimi və dərin rabitə, vilayət xəttinə itaətdir.Əsrimizdə ötəri bir baxışla görmək olar ki, yer üzünün ən böyük və ən mühüm sərmayəsinə - neftə, bir milyard insan...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.