Ər-Rəd surəsi · 19-cu ayə

Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Məgər Rəbbin tərəfindən sənə nazil olanın haqq olduğunu bilənlə görməyən kəs eynidirmi? Həqiqətən, yalnız düşüncə sahibləri öyüd götürür.”
Nöqtələr
Ötən ayədə peyğəmbərlərin həyatverici dəvətini qəbul edənlər haqqında danışıldı. Bu və bundan sonrakı ayələrdə dəvəti qəbul etməyin təsirlərinə işarə olunur.
İnsanda fitrət, əql, elmi beyni (mərkəzi) var. Bəzən adət-ənənə, xurafat və nəfs istəkləri bu mərkəzin üstünə pərdə çəkir. Bu səbəbdən də insan daim adı çəkilən mərkəzlərə diqqətli olmalıdır.
QURANDA DÜŞÜNCƏ SAHİBLƏRİNİN SİMASİ
"Ulul-əlbab” (düşüncə sahibləri) ifadəsi Quranda 16 dəfə, müxtəlif vəsflərlə bəyan olunmuşdur. O cümlədən:
1. Hökmlərin əsrarını anlayarlar;
2. Gələcəyi nəzərə alarlar;
3. Dünyanı dayanacaq yox, keçid sayarlar;
4. Tarixdən ibrət götürərlər;
5. Yetərli məntiqi qəbul edərlər;
6. Gecə namazı və ibadət əhlidirlər.
Bildirişlər
1. Quran həqiqətdən xəbərsiz insanı kor sayır.
2. Cin insan fitrətinə uyğundur. Qəfləti aradan qaldırmaq üçün yalnız xəbərdarlıq lazımdır.
3. İnsanı səmavi kitabın həqiqətinə yetirməyən ağıl ağıl deyil.
4. Faydalı elm düşüncə və zikr məhsuludur.
5. Sağlam ağıl və saf fitrət əldə etmək üçün günah və qəflətdən qurtulmaq lazımdır.

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 19-cu ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 19-cu ayəsi nə haqqındadır?
Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.
Ər-Rəd surəsi 19-cu ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 19-cu ayənin təfsiri nədir?
"Məgər Rəbbin tərəfindən sənə nazil olanın haqq olduğunu bilənlə görməyən kəs eynidirmi? Həqiqətən, yalnız düşüncə sahibləri öyüd götürür.”NöqtələrÖtən ayədə peyğəmbərlərin həyatverici dəvətini qəbul edənlər haqqında danışıldı. Bu və bundan sonrakı ayələrdə dəvəti qəbul etməyin təsirlərinə işarə olunur.İnsanda fitrət, əql, elmi beyni (mərkəzi) var. Bəzən adət-ənənə, xurafat və nəfs istəkləri bu mərkəzin üstünə pərdə çəkir. Bu səbəbdən də insan daim adı çəkilən mərkəzlərə diqqətli olmalıdır.QURAN...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.