Ən-Nisa surəsi · 81-ci ayə

Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər və Allaha təvəkkül et. Allahın işləri öhdəsinə götürməsi kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Münafiqlər gündüz, sənin hüzurunda) deyirlər: "Mütiyik!” Elə ki, sənin yanından çıxırlar, onlardan bir dəstəsi gecə yığıncaqlarında sənin dediklərinin ziddinə iş görürlər. Amma Allah bu yığıncaqlarda baş verənləri yazır. Onlardan üz döndər və Allaha təvəkkül et. Allahın arxa durması kafidir.”
Bildirişlər
1. Vəfadarlıq və imandan danışan hər yağlı dilə aldanmayın. Çünki münafiqlər şirin dillə özlərini müti göstərmək istəyirlər.
2. Münafiqlərin məxfi gecə yığıncaqları və təşkilatları vardır.
3. Düşmənlər diqqətdən kənarda qalmış, qaranlıq nöqtələrdən faydalanırlar. Düşmənin hiylələrindən qəflətdə qalmayın.
4. Quran hamını eyni şəkildə məzəmmət etmir.
5. Allah münafiqlərin hiylə və qurğularının hesabına çatasıdır.
6. Münafiqlərin məxfi qurğuları müqabilində yalnız Allaha təvəkkül edilməlidir. Təvəkkül müvəffəqiyyət səbəbidir.
7. Allah müsəlmanların və peyğəmbərin himayədarıdır. Allah münafiqlərin qurğuları üzərindən pərdəni qaldırır, qeybi yardımlarla müsəlmanlara kömək edir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 81-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 81-ci ayəsi nə haqqındadır?
Onlar (sənin yanında) «itaət edənlərik» deyirlər. Sənin yanından çıxanda(n sonra isə) onların bir dəstəsi öz gecə yığıncaqlarında, başlarında sənin dediyindən başqasını və özlərinin sənin yanında dediklərindən başqa şey dolandırırlar. Allah onların gecələr başlarında dolandırdıqlarını yazır. Odur ki, onlardan üz döndər...
Ən-Nisa surəsi 81-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 81-ci ayənin təfsiri nədir?
"(Münafiqlər gündüz, sənin hüzurunda) deyirlər: "Mütiyik!” Elə ki, sənin yanından çıxırlar, onlardan bir dəstəsi gecə yığıncaqlarında sənin dediklərinin ziddinə iş görürlər. Amma Allah bu yığıncaqlarda baş verənləri yazır. Onlardan üz döndər və Allaha təvəkkül et. Allahın arxa durması kafidir.” Bildirişlər 1. Vəfadarlıq və imandan danışan hər yağlı dilə aldanmayın. Çünki münafiqlər şirin dillə özlərini müti göstərmək istəyirlər. 2. Münafiqlərin məxfi gecə yığıncaqları və təşkilatları vardır. 3. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.