Ən-Nisa surəsi - Ayə: 80

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 80
Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 80. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 80 MÖHSÜN QƏRAƏTİ.

"Hər kəs peyğəmbərə itaət etsə, şəksiz, Allaha itaət etmişdir. Hər kəs üz döndərib boyun qaçırsa, Biz səni onlara nəzarətçi göndərməmişik.”
Bildirişlər
1. Peyğəmbərin danışığı və rəftarı eynən Quran kimi höccətdir və onların icrası lazımdır.
2. Peyğəmbər hökumətinin fərmanlarına itaət vacibdir. (Peyğəmbərə itaət dedikdə onun hökumətinin fərmanlarına itaət nəzərdə tutulur. Peyğəmbərin bəyan etdiyi ilahi göstərişlərə itaət isə peyğəmbərə yox, Allaha itaətdir.)
3. Peyğəmbərlər məsumdurlar.
4. Peyğəmbərin əmrləri ilahi əmrlərdən doğmuşdur.
5. İnsan məcbur yox, azaddır.
6. Peyğəmbərlərin vəzifəsi zor yox, təbliğdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.