Ən-Nisa surəsi · 78-ci ayə

Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Harada olsanız ölüm sizi yaxalayar. Hətta möhkəm qalalarda olsanız da. Onlara (münafiqlərə) yaxşılıq və qələbə yetişdikdə deyirlər: "Bu, Allah tərəfindəndir.” Bir pislik yetişdikdə isə deyirlər: "Bu, sənin tərəfindəndir.” De ki, hər şey Allah tərəfindəndir. Bu qövmə nə olub ki, heç bir sözü anlamaq iqtidarında deyil?”
Nöqtələr
Bu ayə həm cihada təşviq edir, döyüş qorxusunun qarşısını alır, həm də münafiqlərin pis falına cavab verir. Onlar məsələləri düzgün araşdırıb dərk etmək əvəzinə müvəffəqiyyətsizliklərin günahını peyğəmbərin boynuna atırlar.
Bildirişlər
1. Ölümün qəti olduğunu biliriksə, nə üçün döyüşdən qaçmalıyıq?!
2. Rəhbəri bədnam etmək münafiqlərin faydalarındandır.
3. Məsuliyyəti boyundan atıb büdrəmələrə don geyindirməklə öz günahlarımızı başqalarının boynuna atmamalıyıq.
4. Qələbə və məğlubiyyətlər, ölüm və həyat, aclıq və şirinliklər Allahın hikmətli müqəddərat dairəsindən kənar deyil.
5. Bütün acı və şirin hadisələrin mənşəyi Allahdır. Əhrimən, Yəzdan kimi inanclar boş şeydir.
6. Münafiqlər inadkardırlar və haqq sözü qəbul etmirlər.
7. Allahı hər şeyin mehvəri bilmək üçün insanın dəqiq və dərin təfəkkürə ehtiyacı var.
8. Tövhid və Allahın mehvər olmasını dərk etməyənlər heç bir maarifi dərk edə bilməzlər.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 78-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 78-ci ayəsi nə haqqındadır?
Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin u...
Ən-Nisa surəsi 78-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 78-ci ayənin təfsiri nədir?
"Harada olsanız ölüm sizi yaxalayar. Hətta möhkəm qalalarda olsanız da. Onlara (münafiqlərə) yaxşılıq və qələbə yetişdikdə deyirlər: "Bu, Allah tərəfindəndir.” Bir pislik yetişdikdə isə deyirlər: "Bu, sənin tərəfindəndir.” De ki, hər şey Allah tərəfindəndir. Bu qövmə nə olub ki, heç bir sözü anlamaq iqtidarında deyil?” Nöqtələr Bu ayə həm cihada təşviq edir, döyüş qorxusunun qarşısını alır, həm də münafiqlərin pis falına cavab verir. Onlar məsələləri düzgün araşdırıb dərk etmək əvəzinə müvəffəqi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.