Ən-Nisa surəsi · 60-cu ayə

Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Sənə və səndən qabaq nazil olana iman gətirdiyini güman edənlərin hakimliyi (tağuta, zalım hakimlərə) vermək istədiklərini görmürsənmi?! Halbuki, onlara tağutu inkar etmək əmr olunub. Şeytan onları uzun-uzadı bir azğınlıqla yoldan çıxarmaq istəyir!”

 

Nöqtələr
Ötən ayə çəkişmələr zamanı Allah və peyğəmbərə müraciət edilməsini tapşırır. Bu ayədə isə mübahisələrin həlli üçün tağuta (zalım hakimlərə) müraciət edənlər tənqid olunur.
Bir münafiq müsəlmanla yəhudi arasında mübahisə düşdü. Məsələ mühakimə ilə həll ediləsi oldu. Yəhudi şəxs əmanətdarlıq və ədalətinə görə İslam peyğəmbərinin hakimliyini qəbul etdi. Amma münafiq müsəlman dedi: "Mən yəhudi başçılarından olan Kəb ibn Əşrəfin hakimliyinə razıyam.” Çünki bu müsəlman hədiyyələrlə Kəbi özünə tərəf çəkəcəyini bilirdi. Ayə nazil oldu və həmin şəxs məzəmmət edildi.
İmam Sadiqin (ə) təbirincə, tağut haqq əsasında hökm etməyən, Allah əmrinə qarşı çıxan və göstərişinə itaət olunan şəxsdir.("Təfsire-nümunə”. )
Bildirişlər
1. Tağutu rədd etməyən iman iman yox, onun xəyalıdır.
2. Dinlərin müştərək hədəfləri və mahiyyəti vardır. Bütün peyğəmbərlərin göstərişlərinə iman zəruridir.
3. Tağutla saziş haramdır.
4. Əvvəlcə haqq yolu göstərin, sonra batil yolu inkar edin.
5. Hətta tağuta müraciət etmək fikri belə məzəmmət olunmuşdur.
6. Şeytanın müvəffəqiyyət səbəbi xalqın tağuta itaət etməsidir.
7. Münafiq, tağut və şeytan eyni cərgədədir və peyğəmbərlərə qarşıdır.
8. Bütün səmavi dinlər tağutun inkarını əmr etmiş və belə məhkəmələrə müraciəti haram saymışdır.
9. Daxili ixtilafların həlli üçün biganələrə müraciət etmək şeytanın istəyidir, həm də qadağandır.
10. Münafiqlər şeytanın iradəsinə tabedirlər. Tağutlar şeytanın tələləri və alətləridir.
11. Tağuta müraciətin nəticəsi dəhşətli bir uçuruma yuvarlanmaqdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 60-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 60-cu ayəsi nə haqqındadır?
Məgər sənə nazil olana və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) iman gətirdiklərini güman edən, lakin (mübahisə zamanı) mühakiməni ona qarşı kafir olmaları əmr olunmuş azğınların (kafirlərin azğın hakimlərinin) yanına aparmaq istəyən kəsləri görmədin?! Şeytan onları uzun-uzadı bir zəlalətlə azdırmaq istəyir.
Ən-Nisa surəsi 60-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 60-cu ayənin təfsiri nədir?
"Sənə və səndən qabaq nazil olana iman gətirdiyini güman edənlərin hakimliyi (tağuta, zalım hakimlərə) vermək istədiklərini görmürsənmi?! Halbuki, onlara tağutu inkar etmək əmr olunub. Şeytan onları uzun-uzadı bir azğınlıqla yoldan çıxarmaq istəyir!”   Nöqtələr Ötən ayə çəkişmələr zamanı Allah və peyğəmbərə müraciət edilməsini tapşırır. Bu ayədə isə mübahisələrin həlli üçün tağuta (zalım hakimlərə) müraciət edənlər tənqid olunur. Bir münafiq müsəlmanla yəhudi arasında mübahisə düşdü. Məsələ müha...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.