Ən-Nisa surəsi · 50-cu ayə

Bax gör (özlərini tərifləmək və Onun övladı olmalarını iddia etməklə) Allaha qarşı necə yalan uydururlar. Aşkar bir günah kimi, elə bu kifayətdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 50
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Sən onların Allahın adından necə yalan danışdıqlarına bax! Həmin aşkar günah onlar üçün bəsdir.”
Nöqtələr
Yəhudilərin özlərini üstün irq, Allahın övladları və əzizləri sayması Allaha qarşı ən böyük iftiradır. Çünki Allah heç kimsəni övlad götürməmişdir. Hamı onun qarşısında bərabərdir və yeganə imtiyaz iman və təqvadır.
İftirada yalandan əlavə, böhtan, əziyyət, zülm, şəxsiyyətin alçaldılması da var. Allaha qarşı iftira, Onun adından yalan danışmaq orucu batil edir.
İmam Baqir (ə) buyurmuşdur: "Yalan şərabxorluqdan pisdir. İftira isə yalandan da ağırdır.”
Bildirişlər
1. Kitab əhlinin tanınması, əməl və əqidəsinin dəyərləndirilməsi peyğəmbərin vəzifəsidir.
2. Özünü pak və Allaha yaxın bilmə Allaha qarşı iftiradır və insanın təkamülünə mane olur. "İsm” (اثم) sözünün lüğət mənası insanı savabdan saxlayan şeydir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 50-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 50-cu ayəsi nə haqqındadır?
Bax gör (özlərini tərifləmək və Onun övladı olmalarını iddia etməklə) Allaha qarşı necə yalan uydururlar. Aşkar bir günah kimi, elə bu kifayətdir.
Ən-Nisa surəsi 50-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 50-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 50-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 50-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 50-cu ayənin təfsiri nədir?
"Sən onların Allahın adından necə yalan danışdıqlarına bax! Həmin aşkar günah onlar üçün bəsdir.” Nöqtələr Yəhudilərin özlərini üstün irq, Allahın övladları və əzizləri sayması Allaha qarşı ən böyük iftiradır. Çünki Allah heç kimsəni övlad götürməmişdir. Hamı onun qarşısında bərabərdir və yeganə imtiyaz iman və təqvadır. İftirada yalandan əlavə, böhtan, əziyyət, zülm, şəxsiyyətin alçaldılması da var. Allaha qarşı iftira, Onun adından yalan danışmaq orucu batil edir. İmam Baqir (ə) buyurmuşdur: "...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.