Ən-Nisa surəsi - Ayə: 49

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 49
Özlərini təmizə çıxarıb tərifləyənləri görmədinmi?! (Bəşər övladına özünü tərifləmək yaraşmaz,) əksinə istədiyinin pak olmasını tərifləyən Allahdır. (Əgər Allah onları tərifləməsə və onlara özlərini təriflədiklərinə görə əzab versə) onlara xurma çərdəyinin üzərində olan nazik sap qədər də zülm olunmaz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 49. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 49 MÖHSÜN QƏRAƏTİ.

"Özünü pak və eyibsiz sayanları görmədinmi? Xeyr, Allah istədiyini paklayar və onlara xurma özəyindəki sapca zülm olunmaz.”
Nöqtələr
Xudpərəstlik, özünü eyibsiz və hamıdan üstün bilmək Quran tərəfindən məzəmmət olunur. Necə ki, buyurulur: "Özünüzü tərifləməyin, Allah kimin müttəqi olduğunu daha yaxşı bilir.”("Nəcm”, 32. )
Həzrət Əli (ə) «Həmmam» xütbəsində müttəqilərin nişanələrindən biri kimi onların sitayiş qarşısında qorxu keçirdiyini bildirir.
Bildirişlər
1. Qürur və insanın özünü böyük saymasından doğan özünəsitayiş caiz deyil.
2. Bəşəri yox, ilahi göstərişlər əsasında paklanma dəyərlidir.
3. İlahi cəzalar Allahın zülmü yox, insanın pis əməllərinin nəticəsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.