Ən-Nisa surəsi · 47-ci ayə

Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din və kitab)ın təsdiqi olan (və bu Peyğəmbərin və onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qur’ana) iman gətirin. Allahın əmri həmişə yerinə yetəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey kitab verilmiş kəslər! Sizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Tövrat və İncilə) iman gətirin, nə qədər ki, çöhrələri məhv və kor edib arxalarına çevirməmişik, ya lənətimizə düçar etməmişik, necə ki, şənbə günü səhabələrini lənətə düçar etdik. Allahın əmri olasıdır.”
Nöqtələr
Çöhrələrin məhvi və çevrilməsi dedikdə, qəlblərin, sağlam fitrətlərin, əql və düşüncələrin səadət yolundan çıxarılması nəzərdə tutula bilər. Onlar ilahi ayələr qarşısında inadkarlıq göstərməklə, bir addım irəli getmək əvəzinə bir addım geri çəkilirlər. Beləcə, onların insani çöhrələri məsx və məhv olur. Çöhrələrin çevrilməsi onların məsx olmasına işarə ola bilər. Qiyamətdə surətlərin dəyişməsi də ehtimal olunan mənalardandır.
"Səbt əshabı” ("şənbə günü əshabı”) Allahın şənbə günləri balıq ovunu qadağan edən əmrinə qarşı çıxmış yəhudilərdir. Onlar hiylə işlədərək balıqları şənbə günü bağlı bir yerə salır və növbəti gün ovlayırdılar. Onlar Allahın qəzəbinə düçar oldular və çöhrələri meymun çöhrəsinə məsx oldu.("Əraf”, 163. )
Bildirişlər
1. İslam digər din ardıcıllarını ilahi dinə dəvət edir.
2. Allah daha çox cəmiyyətin alim və agah çöhrələrinə xitab edir.
3. Dəvət və təbliğ zamanı başqalarının etiqadlarına və müştərək xüsusiyyətlərinə hörmət qoyulmalıdır.
4. Bütün peyğəmbərlərin proqramlarının əsası bir-biri ilə həmahəngdir.
5. İnadkar insanlara qarşı hədələmə üsulundan istifadə olunmalıdır.
6. Hədələrin təsir etməsi üçün gerçək və əməli nümunələr xatırladılmalıdır.
7. İnadkarlara münasibətdə Allahın qəzəbi bir sünnədir.
8. Allahın hökmü dəyişməzdir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 47-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 47-ci ayəsi nə haqqındadır?
Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırm...
Ən-Nisa surəsi 47-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 47-ci ayənin təfsiri nədir?
"Ey kitab verilmiş kəslər! Sizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Tövrat və İncilə) iman gətirin, nə qədər ki, çöhrələri məhv və kor edib arxalarına çevirməmişik, ya lənətimizə düçar etməmişik, necə ki, şənbə günü səhabələrini lənətə düçar etdik. Allahın əmri olasıdır.” Nöqtələr Çöhrələrin məhvi və çevrilməsi dedikdə, qəlblərin, sağlam fitrətlərin, əql və düşüncələrin səadət yolundan çıxarılması nəzərdə tutula bilər. Onlar ilahi ayələr qarşısında inadkarlıq göstərməklə, bir addım irəl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.