"Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır. Amma bundan aşağı nə olsa, istədiyinə bağışlayır. Hər kəs Allaha şərik qoşsa, şübhəsiz, böyük günah etmişdir.”
Şirk mövzusu Quranda iki yüz dəfədən çox bəyan olunmuşdur. İstənilən bir şəkildə Allahdan qeyrisinə diqqət (bütpərəstlik, riyakarlıq, qeyri-ilahi meyllər, materialistlik)məzəmmət olunmuşdur. Bu ayənin məzmunu uyğun surənin 116-cı ayəsində eynən təkrarlanmışdır. Təkrar hidayət amilidir.
Şirk haqq dairəsindən xaric olma, Allahdan üz döndərmə, Allahdan qeyrilərinə müraciət olduğundan tövbəsiz bağışlanmır. Müşrik öz şirkindən əl çəkib həqiqi tövbə etsə, Allah onu bağışlayar. "Zumər” surəsinin 54-cü ayəsində buyurulur: "Allah bütün günahları bağışlayır. Onun rəhmətindən məyus olmayın və dərgahına tövbə qılın.”
Allahın rəhmət nəzərinin kimə yönələcəyini kimsə bilmədiyindən qürur və günaha cürət üçün yer qalmır.
Bir neçə şey bağışlama amillərindəndir: tövbə, yaxşı işlər görmək, kəbirə günahlardan uzaqlıq, şəfaət, ilahi əfv (bu ayədə uyğun amillərin hər birinə işarə olunmuşdur).
İmam Sadiq (ə) ayə haqqında buyurmuşdur: "Məqsəd kəbirə günahlar və digər günahlardır. (Allah istəsə, tövbəsiz də bağışlayar).("Kafi”, c. 2, səh. )
1. Şirk ən mənfur günahdır və Allahın bağışlamasına mane olur.
2. Günahların bağışlanması Allahın hikmətli iradəsinə aiddir.
3. Şirk dəlilsiz iddia və böyük bir yalandır.