Ən-Nisa surəsi · 4-cü ayə

Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qadınların mehriyyə və kəbin haqqını hədiyyə şəklində, rəğbətlə verin. Əgər öz istəkləri ilə bundan sizə bir şey bağışlasalar, onu halallıq və ləzzətlə sərf edin.”
Nöqtələr
Rağib İsfahaninin dediyinə görə, "nihlə” sözü "nəhl” sözündən olub bal arısı mənasını verir. Bal arısı insanlara bal verdiyi halda heç bir umacağı olmadığından hədiyyəyə də "nihlə” deyilmişdir. Bəzi təfsirçilər isə "nihlə” sözünü borc mənasında açıqlamışlar. Yəni mehriyyə kişinin ödəməli olduğu mütləq bir borcdur.
Hədisdə bildirilir: Öz mallarınızın ən yaxşısını üç istiqamətdə sərf edin: Mehriyyə, həcc, kəfən. Əgər mehriyyəyə ən yaxşı malınızı sərf etsəniz, övladlarınız saleh olar.("Təfsire-Ətyəbul-bəyan”.)
Bildirişlər
1. Qadına mehriyyə ödəmək onun haqqıdır və zəruridir.
2. Mehriyyə qadının qiyməti deyil. Mehriyyə kişinin qadına sədaqət və məhəbbət nişanəsidir.
3. Qadın öz mehriyyəsinin sahibidir. Qadının atası və qohumları mehriyyəni ondan almaq haqqına malik deyillər. Cahiliyyət dövründə və indi də bəzi yerlərdə qadının mehriyyəsini onun atası və ya qohumları alır. Allah Quranda mehriyyənin qadının özünə verilməsini əmr edir.
4. Mehriyyə qadının qiyməti yox, ərin ona verdiyi hədiyyədir.
5. Qadın mehriyyə almaqda və ya onu bağışlamaqda azaddır.
6. Ləzzətli o maldır ki, mal sahibi onu məmnunluqla vermiş olsun.
7. Zahiri razılıq kifayət deyil, qəlb razılığı zəruridir. İkrahla, məcburi şəkildə və ya üzə salınmaqla verilən hədiyyə etibarsızdır.
8. Mehriyyə mülkiyyət səbəblərindəndir.
9. Qadınlar məhəbbətin təsiri altında bütün mehriyyəni bağışlamasınlar.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 4-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 4-cü ayəsi nə haqqındadır?
Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.
Ən-Nisa surəsi 4-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 4-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 4-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 4-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 4-cü ayənin təfsiri nədir?
"Qadınların mehriyyə və kəbin haqqını hədiyyə şəklində, rəğbətlə verin. Əgər öz istəkləri ilə bundan sizə bir şey bağışlasalar, onu halallıq və ləzzətlə sərf edin.” Nöqtələr Rağib İsfahaninin dediyinə görə, "nihlə” sözü "nəhl” sözündən olub bal arısı mənasını verir. Bal arısı insanlara bal verdiyi halda heç bir umacağı olmadığından hədiyyəyə də "nihlə” deyilmişdir. Bəzi təfsirçilər isə "nihlə” sözünü borc mənasında açıqlamışlar. Yəni mehriyyə kişinin ödəməli olduğu mütləq bir borcdur. Hədisdə bi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.