Ən-Nisa surəsi · 37-ci ayə

Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 37
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, həm özləri xəsislik edir, həm də xalqı xəsisliyə çağırırlar. Onlar Allahın Öz fəzlindən bağışladığını gizlədirlər. Biz nemətə küfr edənlər üçün zəliledici əzab hazırlamışıq.”
Nöqtələr
Xəsislik təkcə mal-pulu qıymayıb saxlamaq deyil. Xəsislik həm də elmə, şəxsiyyətə, qüdrətə, imkanlara aiddir.
Bildirişlər
1. İnsanın ruhi xəstəlikləri güclənə bilər. Xəsis, xəstə adamlar başqalarının da xəsis olmasını istəyirlər.
2. Xəsis insan Allahın məhəbbətindən məhrumdur.
3. Xəssislik təkəbbür və lovğalıq nişanələrindəndir.
4. İlahi nemətləri bağışlamaq şükrün, onları gizləmək isə naşükürlüyün bir növüdür.
5. Xəsis insan ehsan etməmək üçün özünü fəqir göstərir.
6. Nemətlər yalnız öz səy və tədbirlərimizin nəticəsi yox, həm də Allahın fəzlidir.
7. Əgər Allahı nemət sahibi kimi tanısaq və bütün nemətlərin Ona məxsus olduğunu bilsək, xəsislik etmərik.
8. Xəsislik bəzən küfr üçün də zəmin yarada bilər. ("Fussilət”, 7. )
9. Dünyada təkəbbürlü olmağın cəzası axirətdə zillətdir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 37-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 37-ci ayəsi nə haqqındadır?
Həmin o kəsləri ki, (mal və elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz və əməllə) xəsisliyə sövq edirlər və Allahın Öz fəzl və mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Ən-Nisa surəsi 37-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 37-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 37-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 37-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 37-ci ayənin təfsiri nədir?
"(Özünü üstün tutan təkəbbürlülər) o kəslərdir ki, həm özləri xəsislik edir, həm də xalqı xəsisliyə çağırırlar. Onlar Allahın Öz fəzlindən bağışladığını gizlədirlər. Biz nemətə küfr edənlər üçün zəliledici əzab hazırlamışıq.” Nöqtələr Xəsislik təkcə mal-pulu qıymayıb saxlamaq deyil. Xəsislik həm də elmə, şəxsiyyətə, qüdrətə, imkanlara aiddir. Bildirişlər 1. İnsanın ruhi xəstəlikləri güclənə bilər. Xəsis, xəstə adamlar başqalarının da xəsis olmasını istəyirlər. 2. Xəsis insan Allahın məhəbbətində...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.