Ən-Nisa surəsi · 23-cü ayə

(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarınızın himayənizdə olan qızları - əgər onlarla yaxınlıq etməmisinizsə onda sizə (ananı boşayıb qızla evlənməkdə) bir günah yoxdur-eləcə də (oğulluğa götürdüyünüz deyil) sizin belinizdən olan oğullarınızın arvadları və həmçinin iki bacını bir yerdə (eyni zamanda) almaq-(cahiliyyət dövründə olub) keçən istisna olmaqla-sizə əbədi haram olunmuşdur. Həqiqətən Allah həmişə çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşlarınızın qızları, bacılarınızın qızları, sizə süd vermiş analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın öz ağuşunuzda tərbiyə etdiyiniz qızları ilə (evlənmək) sizə haram olmuşdur. Anaları ilə yaxınlıq etdiyiniz qızlarla yox, anaları ilə yaxınlıq etmədiyiniz qızlarla evlənməyinizin eybi yoxdur. Nəslinizdən olan oğlanlarınızın arvadları və eyni vaxtda iki bacı ilə evlənmək də haram edildi. Əvvəllərdə baş verənlər istisnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Bu ayədə insana məhrəm olan və izdivac haram sayılan qadınların adları sadalanmışdır. Məhrəmlik və izdivacın haramlığı üç yolla hasil olur: doğum (nəsil əlaqəsi); izdivac (səbəb rabitəsi); süd əmmə (süd rabitəsi).
Əvvəlki dinlərdə də məhrəmlərlə izdivac haram olmuşdur.(Tövrat, "Sifre-Laviyan,” b. 18, a 6-23. )
Məhrəm olmayanlarla izdivac ailə rabitələrini genişləndirir.
İki bacı ilə eyni vaxtda evlənmək, adətən, onlar arasında şəxsi və cinsi həsəd və rəqabət yaradır. Eləcə də, bacılar arasında ədavət güclənir. Belə bir izdivac zikr olunmuş səbəbə görə haram buyurula bilər.
Bildirişlər
1. Bir şeyin haram-halal buyurulmasının ixtiyarı yalnız Allahındır.
2. Ana südü anadan doğulma kimi məhrəmlik səbəbidir. Dayə seçərkən diqqətli olaq.
3. Arvadlarınızın əvvəlki ərlərindən olan qızlarına öz qızınız kimi baxın və onları tərbiyə edin.
4. Qanun verildiyi vaxtdan qüvvəyə minir. Qanuna qədər iki bacı ilə evlənənlər günahkar sayılmasa da, bu qanun verildikdən sonra bacılardan biri boşanmalıdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 23-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 23-cü ayəsi nə haqqındadır?
(Qohumlarınızdan məhrəm adlanan yeddi dəstə:) analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları və bacınızın qızları, (eləcə də süd əmmək və evlənmək yolu ilə digər bir altı dəstə:) süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın - yaxınlıq etdiyiniz arvadlarını...
Ən-Nisa surəsi 23-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 23-cü ayənin təfsiri nədir?
"Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşlarınızın qızları, bacılarınızın qızları, sizə süd vermiş analarınız, süd bacılarınız, arvadlarınızın anaları, arvadlarınızın öz ağuşunuzda tərbiyə etdiyiniz qızları ilə (evlənmək) sizə haram olmuşdur. Anaları ilə yaxınlıq etdiyiniz qızlarla yox, anaları ilə yaxınlıq etmədiyiniz qızlarla evlənməyinizin eybi yoxdur. Nəslinizdən olan oğlanlarınızın arvadları və eyni vaxtda iki bacı ilə evlənmək də haram edildi. Əvvəllərdə baş ve...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.