Ən-Nisa surəsi - Ayə: 22

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 22
Atalarınızın evlənmiş olduğu qadınlarla - (cahiliyyət dövründə olub) keçən istisna olmaqla - evlənməyin. Həqiqətən də bu iş çox çirkin, (Allahın) qəzəb(in)ə səbəb olan və pis bir yoldur.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 22. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 22 MÖHSÜN QƏRAƏTİ.

"Atalarınızın izdivac etdiyi qadınlarla izdivac etməyin. Keçmişdə (bu hökm nazil olmamış) edilənlər istisnadır. Həqiqətən, bu sayaq izdivac çox çirkindir, mənfurdur və pis bir yoldur.”
Nöqtələr
Cəhalət ənənələrindən biri də bu idi ki, bir şəxs dünyadan köçərkən onu övladları öz atalarının arvadları ilə izdivac edərdilər. Ənsardan Əbu Qeys adlı bir şəxs dünyasını dəyişdi. Onun övladı atasının arvadına evlənmək təklif etdi. Qadın dedi: "Peyğəmbərdən vəzifəmi öyrənməliyəm.” Peyğəmbərə bu barədə sual verildikdən sonra ayə nazil oldu və atanın arvadı ilə izdivac qadağan edildi.
Bildirişlər
1. İslam fitrət dinidir. İnsan təbiət etibarı ilə ana və analıqla izdivaca nifrət etdiyindən İslam da bunu haram buyurmuşdur.
2. Atanın arvadı ana yerindədir. Ona görə də kin və qarşıdurma əvəzinə övladlara analıq edilməlidir.
3. Övladlar evlənərkən atanın hörmətini hifz etməlidirlər.
4. Övladlar atanın arvadına ana kimi baxmalıdırlar.
5. İslam keçmişdə baş verənlərə göz yumur. Uyğun hökm nazil olmamışdan qabaq analıqla evlənmələr bağışlanır.
6. Danışarkən icmali və ya ayrıca dəlil gətirmək lazımdır.
7. Analıqla evlənmə başqa məhrəmlərlə də evlənməyə yol aça bilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.