Ən-Nisa surəsi · 18-ci ayə

Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Çirkin işlər görüb, ölümü çatanda "həqiqətən, indi tövbə etdim” deyənlərin tövbəsi qəbul deyil. Eləcə də, kafir olaraq ölənlərin tövbəsi qəbul deyil. Əksinə, onlar üçün dərdli əzab hazırlamışıq.”
Bildirişlər
1. Məcburi halda, təhlükə ilə üzləşdikdə edilən tövbə yox, azad halda edilən tövbə dəyərlidir.
2. Günahın təkrarı insanı tövbə tövfiqindən məhrum edir. "Yəməlun” ("işlər görərlər”) davam nişanəsidir. "Səyyiat” sözü isə günahın çoxluğu və təkrarını bildirir.
3. Tövbəni təxirə salmaq olmaz. Ölüm anı məlum deyil və ölüm qapını döydükdə tövbə qəbul olmaz.
4. Təhlükə və ölüm zamanı insanın allahşünaslıq fitrəti aşkar olur.
5. Kafir halda ölmək və pis aqibət bütün yaxşı əməlləri, o cümlədən tövbəni puça çıxarır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 18-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 18-ci ayəsi nə haqqındadır?
Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.
Ən-Nisa surəsi 18-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 18-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 18-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 18-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 18-ci ayənin təfsiri nədir?
"Çirkin işlər görüb, ölümü çatanda "həqiqətən, indi tövbə etdim” deyənlərin tövbəsi qəbul deyil. Eləcə də, kafir olaraq ölənlərin tövbəsi qəbul deyil. Əksinə, onlar üçün dərdli əzab hazırlamışıq.” Bildirişlər 1. Məcburi halda, təhlükə ilə üzləşdikdə edilən tövbə yox, azad halda edilən tövbə dəyərlidir. 2. Günahın təkrarı insanı tövbə tövfiqindən məhrum edir. "Yəməlun” ("işlər görərlər”) davam nişanəsidir. "Səyyiat” sözü isə günahın çoxluğu və təkrarını bildirir. 3. Tövbəni təxirə salmaq olmaz. Ö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.