Ən-Nisa surəsi - Ayə: 17

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 17
Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 17. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 17 MÖHSÜN QƏRAƏTİ.

"Şübhəsiz ki, Allaha tövbə cəhalət üzündən pis iş görənlər üçündür. Onlar dərhal tövbə edirlər. Allah onların tövbəsini qəbul edər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Bu ayədə tövbənin bəzi qəbul şərtlərinə işarə olunur, o cümlədən:
a) Günah küfr və inadkarlıqdan yox, nadanlıq və işin sonuna diqqətsizlikdən baş vermişsə;
b) Günah insanı əhatə etməmiş, ya onun xarakterinə hopmamış, ya da ilahi qəzəbə gəlməmiş dərhal tövbə edilsə.
İmam Sadiq (ə) buyurmuşdur: "İnsan bir günaha agah şəkildə batarsa da, əslində cahildir. Çünki özünü ilahi qəzəb qarşısında qoymuşdur.”("Təfsire-bürhan”, c. 1, səh. 354. )
Bildirişlər
1. Həqiqi tövbənin qəbulu Allahın Öz öhdəsinə götürdüyü bəndə haqlarındandır.
2. Nəfs istəkləri qarşısında tab gətirməyən elm cəhldir.
3. Nə qədər ki, günah artmayıb, tövbə asandır. Bu ayədə bir günah nəzərdə tutulursa, növbəti ayədə tövbə yolunu çətinləşdirən çox günahdan söhbət gedir.
4. Allah günahkarları dərhal tövbəyə təşviq edir.
5. Tövbədə sürət onun qəbul səbəbidir.
6. Tövbə qəlbən olmalıdır. Formal tövbədən Allah xəbərdardır.
7. İnadkar olmayan günahkarların üzrünün qəbulu hikmətə uyğundur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.