Ən-Nisa surəsi · 173-cü ayə

Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 173
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"İman gətirib saleh işlər görənlərin mükafatını Allah kamil şəkildə verər. Allah Öz fəzlindən onlara daha artıq əta edər. Amma boyun qaçırıb təkəbbürə uğrayanları Allah dərdli əzabla cəzalandırar. Onlar Allahın (qəzəbi) qarşısında özləri üçün dost və yardımçı tapmayacaqlar.”

 

Nöqtələr
Kitab əhli ya peyğəmbəri üstün bilib ifrata varır, ya da özlərini üstün sayırdılar.(Bax: "Maidə”, 18. ) Onların digər bir məqsədi başqalarının təhqiri ola bilərdi.(Bax: "Bəqərə”, 11. ) Qiyamətdə bu işlərin heç biri fayda vermədiyindən iman və əməl lazımdır.
Bildirişlər
1. Qurtuluş yolu iman və saleh əməldir.
2. İman əməldən öndə gəlir. İmansız əməl birüzlü əskinas (kağız pul) kimidir.
3. Əgər ilahi əxlaq sahibi olmaq istəyirsinizsə, fəhlənin haqqını tam ödəyin, bir az da artıq verin.
4. İman və saleh əməlsiz həzrət İsa və başqalarından heç bir şəfaət gözləməyin.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 173-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 173-cü ayəsi nə haqqındadır?
Lakin iman gətirib yaxşı işlər görmüş kəslərin mükafatlarını kamil şəkildə verəcək və onlara Öz lütf və rəhmətindən artıracaqdır. (İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar.
Ən-Nisa surəsi 173-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 173-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 173-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 173-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 173-cü ayənin təfsiri nədir?
"İman gətirib saleh işlər görənlərin mükafatını Allah kamil şəkildə verər. Allah Öz fəzlindən onlara daha artıq əta edər. Amma boyun qaçırıb təkəbbürə uğrayanları Allah dərdli əzabla cəzalandırar. Onlar Allahın (qəzəbi) qarşısında özləri üçün dost və yardımçı tapmayacaqlar.”   Nöqtələr Kitab əhli ya peyğəmbəri üstün bilib ifrata varır, ya da özlərini üstün sayırdılar.(Bax: "Maidə”, 18. ) Onların digər bir məqsədi başqalarının təhqiri ola bilərdi.(Bax: "Bəqərə”, 11. ) Qiyamətdə bu işlərin heç bir...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.