Ən-Nisa surəsi - Ayə: 174

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 174
Ey insanlar, həqiqətən Rəbbinizdən sizə (peyğəmbər, din və onun möcüzələri kimi) bir dəlil-sübut gəlmişdir. Və sizin üçün aşkar və aydınlıq gətirən bir nur (Qur’an) nazil etdik.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 174. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 174 MÖHSÜN QƏRAƏTİ.

"Ey xalq! Rəbbiniz tərəfindən sizin üçün dəlil gəlmişdir. (Quran kimi) aydınladan bir nuru sizə doğru endirdik.”
Nöqtələr
Rəvayətlərə əsasən, ayədəki "bürhan” sözü peyğəmbərə, "nure-mubin” ifadəsi isə Qurana aiddir. Doğrudan da, peyğəmbər dinin dəlilidir. Çünki dərs oxumamış bir kəs belə bir maarif və kitab gətirmişdir. Zaman ötdükcə, elmlər inkişaf etdikcə dinin haqq olması və təlimlərinin dərinliyi aydınlaşır.
Bildirişlər
1. Quran bütün nəsillər və əsrlərdə danışır. Quranın xitabı bütün dünyadır.
2. Nur və dəlil göndərilməsi Allahın rübubiyyət şənindəndir.
3. Quran dəlil, hidayət və nur kitabıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.