Ən-Nisa surəsi · 151-ci ayə

onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 151
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, kafirlər elə həmin kəslərdir və Biz kafirlər üçün zəliledici əzab hazırlamışıq.”
Nöqtələr
150-ci ayə mübtəda, 151-ci ayə xəbər yerindədir.
Yəhudilər və məsihilər nəfs istəklərinə, cahil təəssüblərinə və dəlilsiz baxışlarına xatir bəzi peyğəmbərləri qəbul edir, bəzilərindən isə üz döndərirdilər.
Bildirişlər
1. Peyğəmbərlik Allahın daimi qanunudur və zəncir halqaları tək bir-birinə bağlıdır. Ona görə də bütün bu cərəyana etiqad lazımdır. İmamət də belədir. İmamlardan bəzisinə inanıb, bəzisini inkar etmək hamısını inkar etmək kimidir.
2. Allah və Onun rəsulu vahid bir cəbhədir və ortada ayrılıq yoxdur.
3. Allahı və peyğəmbərləri inkar etmək, Allaha iman gətirib peyğəmbərləri inkar etmək qadağandır. Doğru yol Allaha və peyğəmbərlərə iman yoludur.
4. Bütün səmavi dinlər rəsmi olaraq tanınmalıdır. (Əlbəttə, öz tarixi dönəmində)
5. İslama müxalif qanunların qəbulu dinə qarşıdır və qadağan edilmişdir.
6. Peyğəmbərlərin yolu varkən yeni yol salmaq küfrdür.
7. Cəhənnəm hal-hazırda mövcuddur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 151-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 151-ci ayəsi nə haqqındadır?
onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
Ən-Nisa surəsi 151-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 151-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 151-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 151-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 151-ci ayənin təfsiri nədir?
"Həqiqətən, kafirlər elə həmin kəslərdir və Biz kafirlər üçün zəliledici əzab hazırlamışıq.” Nöqtələr 150-ci ayə mübtəda, 151-ci ayə xəbər yerindədir. Yəhudilər və məsihilər nəfs istəklərinə, cahil təəssüblərinə və dəlilsiz baxışlarına xatir bəzi peyğəmbərləri qəbul edir, bəzilərindən isə üz döndərirdilər. Bildirişlər 1. Peyğəmbərlik Allahın daimi qanunudur və zəncir halqaları tək bir-birinə bağlıdır. Ona görə də bütün bu cərəyana etiqad lazımdır. İmamət də belədir. İmamlardan bəzisinə inanıb, b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.