Ən-Nisa surəsi - Ayə: 152

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 152
Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 152. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 152 MÖHSÜN QƏRAƏTİ.

"Allaha və Onun rəsullarına iman gətirib, onların heç biri arasında ayrılıq salmayan kəslər o kəslərdir ki, tezliklə mükafatları onlara verilər. Allah daim bağışlayan və mehribandır.”
Bildirişlər
1. Allaha və bütün peyğəmbərlərə iman zəruridir. Peyğəmbərlərin dərəcələri və vəzifələri fərqli olsa da, onların hər birinə iman gətirmək vacibdir.
2. Bütün varlığımız, əldə etdiyimiz yardımlar, imkanlarımız, istifadə etdiyimiz vasitələr Allahdandır. Buna baxmayaraq Allah yenə də mükafat verir.
3. Allah mükafat verərkən bizim nöqsanlarımızı hesaba almır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.