Ən-Nisa surəsi · 15-ci ayə

(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Qadınlarınızdan zinaya yol verənlər üçün öz aranızdan dörd şahid tutun. Əgər şəhadət verdilərsə, həmin qadınları evlərində ya ölənədək, ya da Allah onlar üçün bir yol açanadək saxlayın.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə digər bir yol deyilərkən ilahi hədlər, daşqalaq və şallaq nəzərdə tutulur.”("Təfsire-bürhan”, c. 1, səh. 353. )
Bəziləri bu ayənin qadınlar arasındakı həmcinsbazlığa (lesbos məhəbbətinə) aid olduğunu bildirirlər. "Məcməül-bəyan”da peyğəmbərdən nəql olunmuş rəvayətlər də bu ehtimalı təsdiqləyir.("Təfsire-rahnüma”. )
Rəvayətdə oxuyuruq ki, zinakar qadının evdə həbs olunması cahiliyyət dövründə də mövcud idi. İslam ilk addımda bu qaydanı qəbul etsə də, gücləndikdən sonra həbs cəzası hədd qoyulması ilə əvəz olundu.("Vəsail”, c. 28, səh. 61. )
Bildirişlər
1. İslam insanların şərəf və ləyaqətini qorumaq üçün zinanın isbatında dörd şahid tələb edir. Hətta üç şəxs şahidlik edərsə, hər üçünə şallaq vurulur. Qətlin isbatı üçün isə iki şahid kifayət edir.
2. Zinanın şahidi həm kişi, həm müsəlman olmalıdır ki, günahın isbatına lazımınca diqqət yetirsin.
3. Zina üçün şəhadət vacibdir.
4. Mühakimə yürüdərkən öz elminizlə kifayətlənməyin, şahid də lazımdır.
5. Zinakar qadının cəzası onun öz evində həbsidir. Zinakar qadın ümumi həbsxanaya salınarsa, fəsad daha da artar.
6. Zinakar qadın ona görə evdə həbs olunur ki, cəmiyyətin sağlam hissəsini yoldan çıxarmasın, insanlar başqa yolla ləzzət almaqla izdivacdan çəkinməsinlər.
7. Cəmiyyətin sağlamlığını qorumaq, onu çirkinlikdən təmizləmək üçün günahkar həbs edilməlidir.
8. Ərli qadın zina etdikdə əbədi həbsə məhkum olunur. Əlbəttə ki, bu hökm şallaq və daşqalaq hökmlərinədək müvəqqəti icra olunur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 15-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 15-ci ayəsi nə haqqındadır?
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını ala...
Ən-Nisa surəsi 15-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 15-ci ayənin təfsiri nədir?
"Qadınlarınızdan zinaya yol verənlər üçün öz aranızdan dörd şahid tutun. Əgər şəhadət verdilərsə, həmin qadınları evlərində ya ölənədək, ya da Allah onlar üçün bir yol açanadək saxlayın.” Nöqtələr İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə digər bir yol deyilərkən ilahi hədlər, daşqalaq və şallaq nəzərdə tutulur.”("Təfsire-bürhan”, c. 1, səh. 353. ) Bəziləri bu ayənin qadınlar arasındakı həmcinsbazlığa (lesbos məhəbbətinə) aid olduğunu bildirirlər. "Məcməül-bəyan”da peyğəmbərdən nəql olunmuş rəvayətlər ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.