Ən-Nisa surəsi - Ayə: 14

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 14
Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 14. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 14 MÖHSÜN QƏRAƏTİ.

"Hər kəs Allaha və Onun rəsuluna itaətsizlik etsə, ilahi hədləri pozsa, Allah onu həmişə qalacağı oda daxil edər. Onun üçün zəliledici əzab var.”
Bildirişlər
1. Vəsiyyətə əməl etməyən və ya ölünün borcunu ödəməyənlər, varislərin haqqını görməməzliyə vurub ölünün malına sahib çıxmağa çalışanlar daim ilahi əzab və qəhrdədirlər.
2. Xoşbəxtlik və bədbəxtlik ölçüsü Allaha itaət edib-etməməkdədir.
3. Allah rəsuluna itaətsizlik Allaha itaətsizlikdir.
4. Ardıcıl itaətsizlik əbədi əzab səbəbidir.
5. Başqalarının haqqına təcavüz edənlər kafirlərlə bir sırada əbədi əzaba düçar olarlar.
6. İlahi qəhr və qəzəb həm cismə, həm də ruha aiddir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.