Ən-Nisa surəsi · 140-cu ayə

Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 140
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah Quranda sizə (bu hökmü) nazil etmişdir ki, Allahın ayələrinin inkar və ya məsxərə olunduğunu eşitdikdə həmin adamlarla əyləşməyin ki, söhbəti dəyişsinlər. Yoxsa siz də onlar kimi olacaqsınız. Həqiqətən, Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə toplayar.”
Nöqtələr
"Ənam” surəsinin 68-ci ayəsi bu ayənin oxşarıdır. Ayədə Allahın rəsuluna xitabən buyurulur: "Əgər kimlərinsə Bizim ayələrimiz haqqında pis danışdığını görsən, onlardan üz döndər ki, söhbətin mövzusu dəyişilsin.”
Bildirişlər
1. İnsan ətrafındakıların haqsız danışıqlarına biganə qalmamalıdır.
2. Günah məclisində sükut və xoş rəftarın özü günahdır.
3. Ya günahkar mühiti dəyişin, ya da həmin mühitdən uzaqlaşın.
4. Təkcə günah etməmək kifayət deyil. Günah məclisini pozmaq və başqalarının azğınlığının qarşısını almaq lazımdır.
5. Azad söz, açıq qəlblilik, xoş əxlaq, həya, xalqla keçinmə kimi bəhanələrlə dinin məsxərəsi qarşısında sükut etmək olmaz.
6. Təəssüb, dini qeyrət, mövqeli yanaşma gerçək iman şərtidir.
7. Küfrün təşviq və gücləndirilməsi, dinə istehza istənilən bir şəkildə haramdır.
8. Qarşı tərəfin düşüncə və əqidə baxımından düzgünlüyü onunla ünsiyyət şərtidir.
9. Həm rabitənin, həm də rabitəni qırmağın öz yeri var. Həm cazibə lazımdır, həm də dəfetmə.
10. Başqalarının günahına razı olan şəxs həmin günaha şərikdir.
11. Kafirlərin pis danışığı qarşısında sükut bir növ münafiqlikdir.
12. Axirət yoldaşlığı dünya yoldaşlığının mükafatıdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 140-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 140-cu ayəsi nə haqqındadır?
Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənn...
Ən-Nisa surəsi 140-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 140-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 140-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 140-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 140-cu ayənin təfsiri nədir?
"Həqiqətən, Allah Quranda sizə (bu hökmü) nazil etmişdir ki, Allahın ayələrinin inkar və ya məsxərə olunduğunu eşitdikdə həmin adamlarla əyləşməyin ki, söhbəti dəyişsinlər. Yoxsa siz də onlar kimi olacaqsınız. Həqiqətən, Allah bütün münafiqləri və kafirləri cəhənnəmdə toplayar.” Nöqtələr "Ənam” surəsinin 68-ci ayəsi bu ayənin oxşarıdır. Ayədə Allahın rəsuluna xitabən buyurulur: "Əgər kimlərinsə Bizim ayələrimiz haqqında pis danışdığını görsən, onlardan üz döndər ki, söhbətin mövzusu dəyişilsin.”...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.