Ən-Nisa surəsi · 134-cü ayə

Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 134
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs dünya mükafatı istəsə, (bilsin ki,) dünya və axirət mükafatı Allahın yanındadır. Allah daim eşidən və görəndir.”
Nöqtələr
İnsan Allahdan həm dünya, həm də axirəti, eləcə də, onlarda olan nemətləri istəyə bildiyi halda, təkcə dünya ilə kifayətlənərsə, dərin yanlışlığa uğramış olar.
Küfr və təqvasızlığa meyl səbəblərindən biri dünyanı əldə etmək ümididir. Ayədə bu ümidin gerçəkliyi rədd edilmişdir.
Bildirişlər
1. İnsanda faydalanmaq istəyi var. Quran insanın bu meylindən onun tərbiyəsində istifadə edir.
2. İslam kompleks bir dindir və insanların dünya və axirət səadətini təmin etmək əzmindədir.
3. Həm dünya, həm də axirət Allahın əlindədir. Gəlin diqqətimizi artıraq və maddiyyatdan, dar baxışdan vaz keçək.
4. Dünyanı da Allahdan istəyək. Hər şey Onun əlindədir.
5. Allahdan həm dünya, həm də axirət istəyən möminlər udmuşlar.(Bax: "Bəqərə”, 205. )
6. İlahi mükafat Allahın bizim əməllərimizdən xəbərdarlığına əsaslanır.
7. Gerçəkdə mömin və müxlis olmaq lazımdır, zahirdə yox! Çünki Allah eşidən və biləndir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 134-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 134-cü ayəsi nə haqqındadır?
Kim dünya mükafatını istəsə (bilsin ki), dünya və axirət mükafatı Allahın yanındadır (və Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən və görəndir.
Ən-Nisa surəsi 134-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 134-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 134-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 134-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 134-cü ayənin təfsiri nədir?
"Hər kəs dünya mükafatı istəsə, (bilsin ki,) dünya və axirət mükafatı Allahın yanındadır. Allah daim eşidən və görəndir.” Nöqtələr İnsan Allahdan həm dünya, həm də axirəti, eləcə də, onlarda olan nemətləri istəyə bildiyi halda, təkcə dünya ilə kifayətlənərsə, dərin yanlışlığa uğramış olar. Küfr və təqvasızlığa meyl səbəblərindən biri dünyanı əldə etmək ümididir. Ayədə bu ümidin gerçəkliyi rədd edilmişdir. Bildirişlər 1. İnsanda faydalanmaq istəyi var. Quran insanın bu meylindən onun tərbiyəsində...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.