Ən-Nisa surəsi · 114-cü ayə

Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 114
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların xəlvətdəki söhbətlərinin çoxunda bir xeyir yoxdur. Yalnız sədəqə verməyi, yaxşı iş görməyi, xalq arasında islah və dostluq yaratmağı əmr edənin söhbətindən başqa! Hər kəs Allahın razılığını qazanmaq üçün belə etsə, ona tezliklə böyük mükafatlar verəcəyik.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə yaxşı iş dedikdə "qərzül-həsənə”, yəni gözəl borc nəzərdə tutulmuşdur.("Kafi”, c. 4, s. 34. . )
İmam Sadiq (ə) buyurmuşdur: "Hətta yalan vasitəsi ilə insanlar arasında xoş münasibətlər yaratmaq bəyənilmişdir.”("Kafi”, c. 2, s. 341. )
Bildirişlər
1. Pıçıldaşma - bir neçə hal istisna olmaqla - bəyənilməmişdir. Çünki bu hal möminlər arasında sui-zən yaradır.
2. Fikir bildirərkən insafla rəftar etmək lazımdır. Bütün pıçıltılara şübhə ilə yanaşmayaq.
3. Bəzən iki tərəf arasında dostluq yaratmaq üçün onların hər biri ilə ayrı-ayrılıqda məxfi görüşmək lazım gəlir.
4. Bəzən əmr be məruf və ya aşkar sədəqə qarşı tərəfin xəcalətinə və ya inadkarlığına səbəb olur. Belə hallarda pıçıltı ilə, gizli iş görmək lazımdır.
5. Xalqın heysiyyəti o qədər əhəmiyyətlidir ki, onun qorunması üçün xoşagəlməz pıçıltı da bəyənilməmişdir. Məxfi sədəqə və əmr be məruf pıçıldaşmanın çirkinliyini öz kölgəsində itirir.
6. İşlərin dəyəri bu işlərdəki ixlasdan asılıdır.
7. Bir işin gizli şəkildə görülməsi həmin işdə ixlas olması demək deyil. Bəzən bu özü də görüntü yaratmaq məqsədi daşıya bilər.
8. Cəmiyyətə xidmət, xeyirxahlığa dəvət, sülh şəraitində birgə yaşayış böyük mükafat qazanılması səbəbidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 114-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 114-cü ayəsi nə haqqındadır?
Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda - sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla - bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.
Ən-Nisa surəsi 114-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 114-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 114-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 114-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 114-cü ayənin təfsiri nədir?
"Onların xəlvətdəki söhbətlərinin çoxunda bir xeyir yoxdur. Yalnız sədəqə verməyi, yaxşı iş görməyi, xalq arasında islah və dostluq yaratmağı əmr edənin söhbətindən başqa! Hər kəs Allahın razılığını qazanmaq üçün belə etsə, ona tezliklə böyük mükafatlar verəcəyik.” Nöqtələr İmam Sadiq (ə) buyurmuşdur: "Ayədə yaxşı iş dedikdə "qərzül-həsənə”, yəni gözəl borc nəzərdə tutulmuşdur.("Kafi”, c. 4, s. 34. . ) İmam Sadiq (ə) buyurmuşdur: "Hətta yalan vasitəsi ilə insanlar arasında xoş münasibətlər yarat...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.