"Hər kəsə doğru yol aşkar olduqdan sonra peyğəmbərlə müxalifətçilik etsə, onu üz tutduğu səmtə döndərərik. Onu pis bir sonluq olan cəhənnəmə atarıq.”
Bu ayə İslamı və peyğəmbərin risalətini qəbul etdikdən sonra bilərəkdən onun göstərişinə qarşı çıxanlara aiddir. Belələri öz yollarını müsəlman camaatın yolundan ayırmışlar.
"Yuşaqiqir - rəsul” təbiri insanın özünü bir yarı, peyğəmbəri digər bir yarı qərar verməsidir. Belə bir şəxs işi pozur, bilərəkdən ədavətlə müşayiət olunan müxalifətçiliyə əl atır.
Peyğəmbərlə müxalifətçiliyin müxtəlif yolları vardır. Məsələn: dini külli halda inkar etmək, bəzi hökmlərə iman, bəzi hökmlərə inamsızlıq, təhrif, don geyindirmək, şəri hiylələr.
Rəvayətdə nəql olunur ki, iki şəxs məsxərə məqsədi ilə kərtənkələyə üz tutub onu "əmirəl-möminin” adlandırdılar. Həzrət Əli (ə) buyurdu: "İstehza edən bu iki şəxsi azad buraxın. Qiyamətdə həmin kərtənkələ bu iki şəxsin imamı olacaq.” Sonra imam həmin ayədən bir parça oxudu: "Nuvəllihi ma təvəlla”.("Təfsire-Nurus-Səqəleyn”. )
Həzrət Əli (ə) "Nəhcül-Bəlağənin” altıncı məktubunda buyurur: "Əgər xalq bir şəxs haqqında yekdil rəyə gəlib onu imam adlandırsa, Allahın razılığı da ondadır. Əgər bir şəxs tənə və bidətlə bu şəxsə itaət etməsə, onu qaytarın. Əgər qayıtmasa, onunla döyüşün. O, möminlərin yolunu getməmişdir.”
1. Elm və mərifət insanda məsuliyyət yaradır. Peyğəmbərin müxaliflərinə o zaman cəza verilə bilər ki, onlar peyğəmbərin haqq olduğunu anlamış olsunlar.
2. Müsəlmanların əməli üslubu o zaman höccət ola bilər ki, peyğəmbərin sünnəsi və yolu ilə zidd olmasın.
3. İslam peyğəmbəri və möminlər bir cəbhədədirlər. İslam cəmiyyəti ilə müxalifətçilik peyğəmbərlə müxalifətçilikdir.
4. Peyğəmbər qarşısında təslimçilik vacib, onunla müxalifətçilik haramdır.
5. Müsəlmanlar arasında təfriqə yaratmaq insanı cəhənnəmə aparar.
6. Allah kimsə üçün höccəti tamamlamamış (haqqı ona bildirməmiş) onu cəhənnəmə aparmır.
7. Haqqın səsini eşitməyən müstəzəflərin və ya ayırd etmə gücü olmayanların hesabı agah və inadkar fərdlərin hesabından fərqlidir.
8. Süqutun müqəddimələri insanın öz əlindədir.
9. Həqiqi möminlərin yolundan başqa bütün yollar cəhənnəmə aparır.
10. Peyğəmbər və İslam ümməti ilə müxalifətçiliyin nəticəsi qeyri-ilahi hakimiyyətə tabeçilik və cəhənnəmə süqutdur.
11. Allah azğınları Öz nemətlərindən məhrum etmir. Hər kəsə onun tutduğu yolda yardım göstərilir.