Ən-Nisa surəsi · 108-ci ayə

Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Onlar öz xəyanətlərini) xalqdan gizlədirlər. Amma Allahdan gizlədə bilməzlər. Belə ki, Allah bəyənilməmiş sözlər danışdıqları vaxt onlarladır. Allah onların gördüyü işlərdən xəbərdardır.”
Bildirişlər
1. Məxfi gecə məclislərində fitnə hazırlamaq xain münafiqlərin iş üsullarıdır.
2. Allahın hüzuruna, bütün sözlərdən və işlərdən xəbərdar olmasına iman ən mühüm təqva amilidir.
3. Allah bizim əməllərimizi yaxından görür.
4. Danışıq da əməldəndir. Ayədə bəyənilməmiş danışıqlar qeyd olunsa da, əməllər də bu qəbildəndir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 108-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 108-ci ayəsi nə haqqındadır?
Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərin...
Ən-Nisa surəsi 108-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 108-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 108-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 108-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 108-ci ayənin təfsiri nədir?
"(Onlar öz xəyanətlərini) xalqdan gizlədirlər. Amma Allahdan gizlədə bilməzlər. Belə ki, Allah bəyənilməmiş sözlər danışdıqları vaxt onlarladır. Allah onların gördüyü işlərdən xəbərdardır.” Bildirişlər 1. Məxfi gecə məclislərində fitnə hazırlamaq xain münafiqlərin iş üsullarıdır. 2. Allahın hüzuruna, bütün sözlərdən və işlərdən xəbərdar olmasına iman ən mühüm təqva amilidir. 3. Allah bizim əməllərimizi yaxından görür. 4. Danışıq da əməldəndir. Ayədə bəyənilməmiş danışıqlar qeyd olunsa da, əməllə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.