Ən-Nisa surəsi - Ayə: 107

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 107
Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 107. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 107 MÖHSÜN QƏRAƏTİ.

"Özünə xəyanət edən kəsləri müdafiə etmə. Allah xəyanət edən günahkarı dost tutmur.”
Nöqtələr
Xalqa zülm və xəyanət insanın özünə xəyanətdir. Çünki belə bir xəyanətin acı sonluqları var:
a) Xalqa zülm və xəyanət ruhun səfasını və ədalətə meylini aradan götürür.
b) Zülm və xəyanət sabah ayağa qalxası məzlumları məhrumiyyətə düçar edən amildir.
v) Zülm və xəyanət insan üçün ilahi qəhr-qəzəb və cəhənnəm hazırlayan səbəbdir.
q) Zülm və xəyanət cəmiyyəti çirkaba batırır. Bu çirkab xainin öz ətəyindən də yapışır.
Bildirişlər
1. Xainin müdafiəsi haramdır. Xəyanətlə razılaşmaq günaha şəriklik mənası daşıyır.
2. İslam hakimi məzlumların arxası olmalıdır. Hakim zalımları himayə etməməlidir.
3. Heç bir zor, hədə, şərait, ictimai fikir xainlə həmkarlığa yol açmır.
4. Cəmiyyətin rəhbərləri və qazilər xainləri tanımalıdırlar. Düzgün mövqe tutmaq üçün onların planlarından xəbərdar olmaq lazımdır.
5. Həm keçmişə görə istiğfar etməli, həm də gələcəyə diqqətli olmalı!
6. Quran anlamında cəmiyyətin fərdləri bir bədənin üzvləri kimidir. Cəmiyyətə xəyanət insanın özünə xəyanətidir.
7. Cüzi və bilməyərəkdən baş verən xəyanət fitnəkarların xəyanəti ilə eyni deyil.
8. Xəyanətlə xalqa məhəbbət bağını qırandan Allah da Öz məhəbbətini qət edəcək.
9. İnsanda sevilmək istəyi var. İnsanın tərbiyəsi üçün bu istəkdən istifadə olunmalıdır.
10. Allahın sevgisi və qəzəbi peyğəmbərin və möminlərin seçimində meyardır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.