Ən-Nisa surəsi · 104-cü ayə

(Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Düşməni təqib etməkdə süstlük göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, həqiqətən, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz Allahdan bir şey (qeybi yardımlar və behişt) gözləyirsiniz, onlarsa ümidsizdirlər. Allah biləndir və hikmət sahibidir.”
Nöqtələr
Ühüd döyüşündən sonra Əbu-Süfyan Ühüd dağına çıxıb şüar verdi ki, biz ötən il Bədrdəki məğlubiyyətimizin əvəzində qələbə qazandıq. Peyğəmbərin tərəfdarları dedilər: "Bizim şəhidlər behiştdədir, sizin öldürənlər isə cəhənnəmdə.”
Onlar şüar verdilər: "Bizim «Üzza» bütümüz var, sizinsə yoxdur.” Müsəlmanlar belə cavab verdilər: "Allah bizim mövlamızdır, sizin isə mövlanız yoxdur.”
Sonra kafirlər «Hobə»lin adı ilə şüar verdilər: "Var olsun «Hobəl» bütü!” Müsəlmanlar onların cavabında fəryad çəkdilər: "Allah daha uca və daha cəlallıdır.” Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) ümumi səfərbərlik göstərişi verdi. Məqsəd kafirləri geri qayıtmaq fikrindən döndərmək idi.
Bildirişlər
1. Müsəlmanların güclü ruhiyyəsi olmalıdır. Ühüd döyüşündəki kimi ötəri məğlubiyyətlər onları süstləşdirməməlidir.
2. Müdafiə mövqeyi tutmaq əvəzinə düşməni təqib edib, hücum vəziyyətində olun.
3. Möminlərə ruhiyyə verən səbəblərdən biri öz dərdlərini başqalarının dərdləri ilə müqayisə etmək, ilahi yardımlara diqqətli olmaqdır.
4. Bütün zərərlərə və acılıqlara baxmayaraq siz qalibsiniz. Çünki Allahın lütfü ümidindəsiniz.
5. Müsəlmanlar Allahdan növbənöv yardımlar ümidindədirlər. Qeybi yardımlar ümidi, qələbə ümidi, düşmənin məğlub olması ümidi, mənəvi mükafatlar ümidi və bu kimi başqa ümidlər. (Ayədə ümid ünvanı müəyyənləşdirilmədiyindən bütün ümidlər nəzərdə tutulur.)
6. Ümid hərəkət üçün ən böyük təşviqdir. Ümid döyüşçünün ruhi sərmayəsidir. Ya şəhadət və səadət, ya da qələbə!
7. Döyüşlərdə möminlərin çəkdiyi əziyyət Allahın elm və hikmətinə əsaslanır. Ona görə də Allah bu məşəqqətlərin qarşısını almır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 104-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 104-cü ayəsi nə haqqındadır?
(Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.
Ən-Nisa surəsi 104-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 104-cü ayənin təfsiri nədir?
"Düşməni təqib etməkdə süstlük göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, həqiqətən, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz Allahdan bir şey (qeybi yardımlar və behişt) gözləyirsiniz, onlarsa ümidsizdirlər. Allah biləndir və hikmət sahibidir.” Nöqtələr Ühüd döyüşündən sonra Əbu-Süfyan Ühüd dağına çıxıb şüar verdi ki, biz ötən il Bədrdəki məğlubiyyətimizin əvəzində qələbə qazandıq. Peyğəmbərin tərəfdarları dedilər: "Bizim şəhidlər behiştdədir, sizin öldürənlər isə cəhənnəmdə.” Onlar ş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.