Ən-Nisa surəsi - Ayə: 103

Məkkəvi Quran-ı Kərim
Ən-Nisa surəsi - Ayə: 103
(Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Ən-Nisa surəsi 103. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 103 MÖHSÜN QƏRAƏTİ.

"Elə ki, namazı başa çatdırdınız, Allahı ayaq üstə, oturaq vəziyyətdə və uzanmış halda yad edin. Elə ki, aramlıq tapdınız (qorxu halı ötüşdü), namazı kamil şəkildə bərpa edin. Həqiqətən, namaz möminlər üçün müəyyən vaxtda vacib olmuşdur.”
Nöqtələr
"Qaim” sözünün cəm forması olan "qiyamən” sözü durmuş, "qaid” sözünün cəm forması olan "quudən” sözü oturmuş, "cənb” sözünün cəm forması olan "cünub” sözü uzanmış mənalarını bildirir. Eləcə də, "kitabən” sözü yazılmış, vacib əmr, "məvqutən” sözü müəyyən vaxta aid iş mənasını ifadə edir.
Həzrət Əli (ə) ayənin zikrlə bağlı göstərişi haqqında buyurmuşdur: "Sağlam şəxs ayaq üstə, xəstə oturaq vəziyyətdə, oturaq vəziyyətdə qala bilməyən şəxs isə uzanmış vəziyyətdə namaz qılsın.”("Vəsail”, c. 5, s. 488. )
İmam Baqir (ə) namazın müəyyənləşmiş vaxtları haqqında buyurmuşdur: "Yəni, vacib (olmuşdur.)”("Kafi”, c. 3, s. 394. )
Bildirişlər
1. Qorxu vaxtı qılınan namazın əskiklikləri Allahın zikri ilə aradan qaldırılır.
2. Bütün hallarda namaz və Allahın zikri zəruridir. İstər döyüş cəbhəsində, istər xəstəlik yatağında namaz qılınmalıdır.
3. Müsəlman döyüşçünün silahı namaz və Allahın zikridir.
4. Qorxu namazı bir istisnadır. Qorxu halı aradan qaldırıldıqdan sonra namaz adi halda qılınmalıdır.
5. Namaz bütün əsrlərdə, bütün nəsillər üçün qəti vacib olmuş ilahi əmrlərdəndir.
6. Hər bir namaz öz xüsusi vaxtında vacibdir.
7. Namaz üçün xüsusi vaxtın təyini davam, nəzm və diqqət rəmzidir. Namaz özü müsəlmanların işlərinə nəzm verən amil və nəzm dərsidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.