Əl-Maidə surəsi · 96-cı ayə

Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Əlbəttə,) dəniz ovu və onun qidaları sizə halal oldu. (Bu ov) sizin üçün və karvan əhli üçün azuqədir. Amma nə qədər ki, ehramdasınız, səhra ovu sizə haramdır. Hüzurunda dayanacağınız Allahdan çəkinin.”
Nöqtələr
"Məcməül-bəyan” təfsirində və digər təfsir, fiqh kitablarında bu ayədən belə bir nəticə çıxarılır ki, ehram halında dəniz ovu və onun istifadəsi halaldır. Haram qadağası səhra ovuna aiddir.
Dəniz heyvanları dedikdə suda, çayda yaşayan heyvanlar nəzərdə tutulur.
İmam Sadiq (ə) "və təamuhu mətaən ləkum və lis-səyyarə” təbiri haqqında buyurmuşdur: "Məqsəd duzlanmış balıqdır.” (Uzun müddət saxlamaq və səfərlərdə istifadə üçün bu qida duzlanır ki, xarab olmasın.)
Bildirişlər
1. Ehram halında olanlar üçün heç də bütün yollar bağlı deyil. (Allah səhra ovunu qadağan etsə də, dəniz ovuna icazə vermişdir.)
2. Ov əyləncə üçün yox, qidalanma üçün olduqda halaldır.
3. Dənizin sərvəti təkcə dəniz sahilində yaşayanların deyil.
4. Dəniz sahilində yaşayanlar dənizin sərvətindən bəhrələnməkdə başqalarından öndədir. ("Ləkum” sözü "lis-səyyarə” sözündən öndə gəlmişdir.)
5. Ehram halında səhra heyvanlarının ovu və istifadəsi təqvasızlıqdır.
6. Müxaliflərə xəbərdarlıq olmalıdır.
7. Qiyamət və əməllərin sorğusuna iman günahdan çəkinmə amilidir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 96-cı ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 96-cı ayəsi nə haqqındadır?
Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.
Əl-Maidə surəsi 96-cı ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 96-cı ayənin təfsiri nədir?
"(Əlbəttə,) dəniz ovu və onun qidaları sizə halal oldu. (Bu ov) sizin üçün və karvan əhli üçün azuqədir. Amma nə qədər ki, ehramdasınız, səhra ovu sizə haramdır. Hüzurunda dayanacağınız Allahdan çəkinin.” Nöqtələr "Məcməül-bəyan” təfsirində və digər təfsir, fiqh kitablarında bu ayədən belə bir nəticə çıxarılır ki, ehram halında dəniz ovu və onun istifadəsi halaldır. Haram qadağası səhra ovuna aiddir. Dəniz heyvanları dedikdə suda, çayda yaşayan heyvanlar nəzərdə tutulur. İmam Sadiq (ə) "və təamu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.