"Allah Beytül-həram. Kəbəni xalqın sahmana düşüb möhkəmlənməsi üçün qərar verdi. Eləcə də, haram ay və nişanlı-nişansız qurbanlıqlar (xalqın sahmanı üçün müəyyənləşdi), bu onun üçündür ki, Allahın göylərdə və yerdə olanlardan xəbərdarlığını bilsinlər. Allah hər şeydən agahdır.”
"Qiyam” dedikdə möhkəmlik vasitəsi nəzərdə tutulur. Məsələn, hər hansı tikilinin sütunu, dayağı.
İmam Sadiq (ə) buyurmuşdur: "Allah evini "Beytül-həram” adlandırmışlar. Çünki həmin yerə kafirlərin daxil olması haramdır.”
"Hədy” nişansız, "qəlaid” nişanlı qurbanlıqdır.
Həcc mərkəzləşmə, təhlükəsizlik, müqəddəslik, ibadət, qəhrəmanlıq, vəhdət, siyasət, bəraət, mərifət, sadəlik, səfa, xalislik, mübahisədən uzaqlıq, şəhvətdən və fitnədən kənarlıq yeridir.
Rəcəb, zil-qədə, zil-hiccə və məhərrəm ayları haram aylardır və haram aylarda savaş qadağandır.
Məkkədə milyonlarca müsəlmanın heç bir dəbdəbəsiz, imtiyazsız, sözdə və əməldə çəkişməsiz toplanması İslamın üstünlüklərindəndir. Siz həcdəki faydalara baxın: Həccə yola düşərkən halallıq istənilməsi, hacıların yola salınması və qarşılanması, həcdə ticarətin rövnəq tapması, xüms və zəkat ödənməsi, müxtəlif millətlər və maariflərlə tanışlıq, qədim tövhid mərkəzinin ziyarəti, peyğəmbərlərlə həmsəda olmaq, peyğəmbərlərin olduğu yerləri ziyarət etmək, Ərəfat və Məşər səhrasında tövbə etmək, qiyamət haqqında düşüncələr, siyasi hərəkatlar və kafirlərə qarşı bəraət... Bütün bu faydaları nəzərə alsaq, anlayarıq ki, bu proqram Allahın nəhayətsiz elmindən qaynaqlanır. Bəli, Allah bütün varlıq aləmindən agahdır. Hər hansı məhdud elm bir belə yığcam və cəlbedici göstərişlər verə bilməz.
1. Həcc möhkəmlik, davam səbəbidir.
2. İşlərin sahmana düşməsi birliyə, ibadətə, ehtirama, aramlığa, əmin-amanlığa, gizli və nişanlı-nişansız işlərə, zəruri qidanın təmininə ehtiyaclıdır.
3. Yalnız bütün varlıq aləmindən xəbərdar olan kəs qanun verə bilər.
4. Məscid və qurbangah din və dünyanın möhkəmlənmə vasitəsidir.
5. Cəmiyyəti möhkəmləndirməyən həcc həqiqi həcc deyil.
6. Cəmiyyətdə sabitlik olarsa, orada allahşünaslıq zəminəsi inkişaf edər.