Əl-Maidə surəsi · 94-cü ayə

Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Allah sizi əllər və nizələrin çatdığı ovla sınağa çəkər ki, kimin batində Ondan qorxduğu məlum olsun. (Kim Onun əmrinə tabedir və ovdan keçir.) Bundan sonra kim təcavüz etsə, onun üçün dərdli əzab var.”
Nöqtələr
Həcc dövründə və ehram halında hacının ov haqqı yoxdur. Bəzən həmin vaxt ov insana o qədər yaxınlaşır ki, insan əlini uzadıb onu tuta bilər. Amma Allah ova əl toxundurmamağımızla bizi sınağa çəkir. Hədisdə oxuyuruq: "Hüdəybiyyə ümrəsində bir çox ov heyvanları müsəlmanlara yaxınlaşdı. Onlar rahatca bu heyvanları ovlaya bilərdilər.
Quranda qidalanma məsələsi ilahi sınaq vasitəsi kimi bəyan olunur. Aşağıdakı nöqtələrə diqqət yetirin:
a) Adəm və Həvva qidalanma məsələsində büdrədi. 
b) Bəni-İsrail şənbə günü balıq ovunun qadağasında qanunu pozdu. 
v) Bəni-İsrailin başçılarından biri məntəqədəki çayın yaxınlığından keçərkən həmin çayın suyundan içməmək göstərişi verdi. Amma ətrafındakıların əksəri həmin sudan içdi. 
q) Oruc tutmaq özü böyük bir sınaqdır.
e) Ov ehram halında hacılara yaxınlaşsa da, kimsənin ovlamaq haqqı yoxdur.
Sual: İnsan bir şeyi öyrənmək məqsədi ilə sınaq aparır. Bəs hər şeydən xəbərdar olan Allah nə üçün sınaq aparır?
Cavab: Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də buyurmuşdur: "İlahi sınaqlarda məqsəd odur ki, insan acı və şirin hadisələr qarşısında reaksiya göstərsin və öz rəftarı müqabilində ya cəzalandırılsın, ya da mükafat alsın.” Bəli, Allah öz biliyi əsasında yox, insanların əməli əsasında mükafat və ya cəza verir. Heç biz özümüz də kimsəyə istedadına görə mükafat vermirik. İstedadlı insan yalnız işinə görə mükafatlandırılır.
Sual: Allah evinin ziyarətçi qonaqları ov heyvanına görə nə üçün dərdli əzaba düçar olsunlar?
Cavab: Öz-özlüyündə ov üçün cəza yoxdur. Vəd olunan əzabın səbəbi müqəddəs yerin hörmətini pozmaq, qanuna qarşı çıxmaqdır.
Bildirişlər
1. Möminlərin imtahanı dəyişməz ilahi qanundur.
2. Allah qorxusu o zaman bilinir ki, günah şəraiti yaransın və insan xata etməsin.
3. Bir şeyə əl çatırsa, bu o demək deyil ki, o, halaldır.
4. Təqva ölçüsü zahiri həya yox, iç qorxusudur.
5. Yalnız bildirişdən sonra vəzifə məsuliyyəti gəlir.
6. Uzun-uzadı yollar keçib ilahi eşqlə haqqa üz tutan hacı bəzən kiçik bir ova yol verib itaətsizlik etdiyindən əzaba düçar olur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 94-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 94-cü ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləlik...
Əl-Maidə surəsi 94-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 94-cü ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Allah sizi əllər və nizələrin çatdığı ovla sınağa çəkər ki, kimin batində Ondan qorxduğu məlum olsun. (Kim Onun əmrinə tabedir və ovdan keçir.) Bundan sonra kim təcavüz etsə, onun üçün dərdli əzab var.” Nöqtələr Həcc dövründə və ehram halında hacının ov haqqı yoxdur. Bəzən həmin vaxt ov insana o qədər yaxınlaşır ki, insan əlini uzadıb onu tuta bilər. Amma Allah ova əl toxundurmamağımızla bizi sınağa çəkir. Hədisdə oxuyuruq: "Hüdəybiyyə ümrəsində bir çox ov heyvanları müsəlma...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.