Əl-Maidə surəsi · 88-ci ayə

Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
88. وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ
"Allahın sizə bəxş etdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan çəkinin.”
Nöqtələr
Quranda adətən "kulu” ("yeyin”) sözü digər əmrlərlə yanaşı buyurulur. Məsələn, "yeyin və şükür edin”, "yeyin və tüğyan etməyin”, "yeyin və layiqli iş görün”, "yeyin və yedirdin”, yeyin və israf etməyin”, "yeyin və şeytanın ardınca getməyin.” 
Hədisdə nəql olunur ki, Allah xalqın ruzisini halaldan ayırmışdır. Hər kəs haram ruzi ardınca getsə onun halal ruzi payından kəsilər. 
Bildirişlər
1. Halal maddi imkanlardan bəhrələnmə imanla zidd deyil. Kim maddiyyatın tərk olunmasını təqva sayırsa, yanılır.
2. Qidalanma məsələlərinə diqqət edin.” (Həm qazanc yolu, həm də məsrəf yolu halal olmalıdır.)
3. Ruzi yalnız Allahın əlindədir. Demək, tələskənliyin, hərisliyin, harama meylin faydası yoxdur.
4. Təqva iman şərtidir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 88-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 88-ci ayəsi nə haqqındadır?
Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.
Əl-Maidə surəsi 88-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 88-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 88-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 88-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 88-ci ayənin təfsiri nədir?
88. وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ "Allahın sizə bəxş etdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan çəkinin.” Nöqtələr Quranda adətən "kulu” ("yeyin”) sözü digər əmrlərlə yanaşı buyurulur. Məsələn, "yeyin və şükür edin”, "yeyin və tüğyan etməyin”, "yeyin və layiqli iş görün”, "yeyin və yedirdin”, yeyin və israf etməyin”, "yeyin və şeytanın ardınca getməyin.”  Hədisdə nəql olunur ki, Allah xalqın ruzisini...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.