Əl-Maidə surəsi - Ayə: 87

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 87
Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 87. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 87 MÖHSÜN QƏRAƏTİ.

"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pak şeyləri özünüzə haram etməyin və həddi aşmayın ki, Allah təcavüzkarları sevməz.”
Nöqtələr
Bir gün Allahın rəsulu qiyamət və məhşər səhnələri haqqında danışırdı. Onun danışdıqları xalqa o qədər təsir etdi ki, hamı ağladı və bəziləri qərara gəldilər ki, bundan sona yaxşı xörəklər yeməsinlər, rahatlığı özlərinə haram etsinlər, oruc tutsunlar, həyat yoldaşlarından uzaqlaşsınlar, gecələri az yatsınlar. Onlar bu qərarlarını yerinə yetirəcəkləri barədə and içdilər. Həzrət Peyğəmbər (s) bu məsələdən xəbər tutub xalqı məsciddə topladı və buyurdu: "Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşımı tərk etmirəm. Bizim dinimiz guşənişinlik və röhbaniyyət dini deyil. Mənim ümmətimin röhbaniyyəti cihaddır. Hər kəs mənim yolumu tərsinə getsə, müsəlman deyil.” Xalq arasında "içdiyimiz andlar necə olsun?” deyə soruşanlar oldu. Onların sualına cavab olaraq növbəti ayələr nazil edildi.
Halallardan imtina haramlığı etiqadla müşayiət olunduqda bidət və haram, əqidə bağlamadan bəhrələnməməkdən ibarət olduqda qadağandır.
Müsəlman ilahi göstərişlərə təslimdir. O nə halalları özbaşına haram edir, nə də haramlara başqa münasibət bəsləyir.
Bildirişlər
1. İman əhli pak-pakizə şeylərdən istifadə etməlidir. "Ey xalq” əvəzinə ayədə "ey iman gətirənlər” deyə müraciət olunmuşdur.
2. İman ilahi hökmlərin dəyişdirilməsi ilə bir araya sığmır.
3. İslam fitrət dinidir. Fitrəti boğmaq qadağandır. (Ayədə pak sözü insan fitrətinə uyğun məqamlarda işlədir.)
4. Halal yeməklər, içməklər və ləzzətlər insan üçün yaradılmışdır.
5. İman ifrat və təfritlə bir araya sığmır.
6. İslam məktəbində guşənişinlik, röhbaniyyət, ifrat və təfrit qadağandır.
7. İnsanın özünü pak nemətlərdən məhrum etməsi təcavüzkarlıq kimi qiymətləndirilir.
8. Halal nemətlərdən faydalanarkən israfa yol verməyək, həddi aşmayaq.
9. İfrat və təfrit ilahi məhəbbətdən məhrumluq səbəbidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.