Əl-Maidə surəsi · 81-ci ayə

Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 81
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, heç vaxt onları (kafirləri) sevməzdilər. Amma onların bir çoxu günahkarlardır.”
Nöqtələr
Bu ayənin mənası haqqında bir neçə ehtimal var:
a) Əgər yəhudilər müsəlman olsaydılar, kafirləri özlərinə rəhbər seçməzdilər. 
b) Əgər yəhudilər Musa və Tövrata iman gətirsəydilər, heç vaxt müşriklərə tabe olmazdılar. 
v) Əgər kafirlər və müşriklər müsəlman olsaydılar, yəhudilər onları özünə dost seçməzdi. 
Amma əvvəlki ayələrə əsasən, zahirdə belə görünür ki, birinci ehtimal həqiqətə daha çox uyğundur.
Bildirişlər
1. Kitab əhlinin iman gətirməsi o qədər inanılmazdır ki, bir arzu olaraq qalır. ("Ləv” sözü mümkünsüz işlərlə bağlı istifadə olunur. Məsələn, qoca kişinin cavan olmaq arzusu kimi.)
2. Allah və peyğəmbərə qəlbən inamlı olan kəs Allahdan qeyrisinin hakimiyyətini qəbul etməklə razılaşmır. (Gerçək istiqlaliyyət əldə etmək yolu kafirlərin hakimiyyətindən çıxmaq və imandır.)
3. Fəsad və imansızlıq kafirlərin hakimiyyətinin qəbul edilmə səbəbidir.
4. İman kafirlərin hakimiyyətinin qəbul edilməsi ilə bir araya sığmır. İstibdadı qəbul edən sazişçi kəs dinsiz və günahkardır.
5. Azğınlıq imanla bir araya sığmır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 81-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 81-ci ayəsi nə haqqındadır?
Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Əl-Maidə surəsi 81-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 81-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 81-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 81-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 81-ci ayənin təfsiri nədir?
"Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, heç vaxt onları (kafirləri) sevməzdilər. Amma onların bir çoxu günahkarlardır.” Nöqtələr Bu ayənin mənası haqqında bir neçə ehtimal var: a) Əgər yəhudilər müsəlman olsaydılar, kafirləri özlərinə rəhbər seçməzdilər.  b) Əgər yəhudilər Musa və Tövrata iman gətirsəydilər, heç vaxt müşriklərə tabe olmazdılar.  v) Əgər kafirlər və müşriklər müsəlman olsaydılar, yəhudilər onları özünə dost seçməzdi.  Amma əvvəlki ayələrə əsasən, zahirdə b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.