Əl-Maidə surəsi · 59-cu ayə

De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 59
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, ey kitab əhli! Bizə bunu irad tutursunuzmu ki, Allaha, bizə nazil olana və əvvəldən nazil olana iman gətirmişik? Həqiqətən, sizin çoxunuz haqq sərhədindən çıxmışsınız və günahkarsınız.”
Nöqtələr
"Niqmət” kökündən olan "tənqimunə” sözü bir şeyin inkarını bildirir. Bu inkar həm dil, həm qəzəb, həm də rəftar vasitəsi ilə ola bilər. 
Kitab əhli Tövrat və İncilin buyuruqlarına vəfalı qalmadı. Bu səbəbdən də onların səmavi kitaba sahiblik ləyaqətləri yoxdur.
Bildirişlər
1. Müxaliflərlə də gözəl şəkildə mübahisə etmək lazımdır. Həssas suallarla müşayiət olunan dəlillər təsirlidir.
2. Düşmənlərin möminlərlə ixtilafı yalnız onların imanına xatirdir.
3. Müsəlmanların bütün səmavi kitaba inanması kitab əhlində kin-küdurət yaradan səbəblərdəndir.
4. Kitab əhlinin müsəlmanlarla düşmənçiliyinin tarixi keçmişi var.
5. Düşmənin yaratdığı problemlər qarşısında ədalət və insafı əldən verməyin. Elə düşünməyin ki, hamı günahkardır.
6. Haqqın inkarı və haqq ardıcıllarının əziyyətə salınması günahdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 59-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 59-cu ayəsi nə haqqındadır?
De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin i...
Əl-Maidə surəsi 59-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 59-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 59-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 59-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 59-cu ayənin təfsiri nədir?
"De ki, ey kitab əhli! Bizə bunu irad tutursunuzmu ki, Allaha, bizə nazil olana və əvvəldən nazil olana iman gətirmişik? Həqiqətən, sizin çoxunuz haqq sərhədindən çıxmışsınız və günahkarsınız.” Nöqtələr "Niqmət” kökündən olan "tənqimunə” sözü bir şeyin inkarını bildirir. Bu inkar həm dil, həm qəzəb, həm də rəftar vasitəsi ilə ola bilər.  Kitab əhli Tövrat və İncilin buyuruqlarına vəfalı qalmadı. Bu səbəbdən də onların səmavi kitaba sahiblik ləyaqətləri yoxdur. Bildirişlər 1. Müxaliflərlə də gözə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.