Əl-Maidə surəsi - Ayə: 58

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 58
(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 58. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 58 MÖHSÜN QƏRAƏTİ.

"Nə vaxt siz (azan vasitəsi ilə xalqı) namaza çağırırsınız, onu məsxərəyə qoyurlar. Bunun səbəbi onların düşünməyən bir qövm olmasıdır.”

 

Nöqtələr
Yuxarıdakı ayənin nazilolma şəni haqqında deyilir ki, yəhudilərdən və məsihilərdən bir dəstəsi azançının səsini eşitdikdə və ya müsəlmanların namaza dayandığını gördükdə onlara istehza edirdilər. 
Bildirişlər
1. Azanı (dini şüarları) məsxərəyə qoyanlarla rabitədən və dostluqdan çəkinin.
2. Namaz dinin çöhrəsi və zühur məhəllidir. (Əvvəlki ayədə dinə istehzadan danışıldı. Bu ayədə isə dinin siması olan namaza istehza xatırladılır.)
3. Namaz üçün nida edilməlidir ki, hamı toplansın. (Namaz aşkar olmalıdır.)
4. İslam cəmiyyətində namaz üçün fəryad çəkilməli, namaz təbliğ olunmalıdır. Kimsə buna mane olmamalıdır.
5. Aqillər məntiqi üslubda rəftar edirlər. Düşüncəsiz insanların işi isə istehzadır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.