Əl-Maidə surəsi · 56-cı ayə

Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 56
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Hər kəs Allahı, Onun peyğəmbərini və (əvvəlki ayədə bəyan olunmuş) möminləri özünə rəhbər götürsə (Allahın firqəsindəndir). Həqiqətən, Allahın firqəsi qalibdir.”
Nöqtələr
Əvvəlki ayə haqqında danışılarkən bəyan olundu ki, "o kəslər ki, iman gətirmişlər” təbiri Həzrət Əli (ə) və ondan sonrakı məsum imamlara aiddir.
Allah firqəsinin nişanələri "Mücadələ” surəsinin 22-ci ayəsində belə bəyan olunmuşdur: "Yaranış və məada imanları var; Allahın düşməni ilə dostluq etmirlər.”
Allah, Onun rəsulu və imamların vilayətinin qəbulunu zəruri sayan bu ayə anladır ki, əvvəlki ayədəki "vəliyyukum” təbiri dost yox, hakimə aiddir. Necə ki, "hizbullah” (Allahın firqəsi) təbiri həmin insanların qalibliyinə və qüdrətli bir quruluşa işarədir.
"Hizb” sözünün lüğət mənası qüdrətli və möhkəm bir qrup deməkdir. 
Qələbə təşkilatsız, müdiriyyətsiz, qüdrətsiz, vəhdətsiz, cürətsiz qeyri-mümkün olduğundan, hizbullahda (Allah firqəsində) bu xüsusiyyətlər olmalıdır.
Allahın firqəsi təkcə qalib deyil, o həm də nicat tapmışdır. 
Həmin surənin 52-ci ayəsində oxuduq ki, bir dəstə şəxs təhlükələrdən qorxaraq kafirlərin hakimiyyətini qəbul edir. Bu ayədə isə buyurulur: "Hizbullah qalibdir.” Yəni kafirlərə üz tutanlar məğlubdurlar. Belədirsə, kafirlərə meyl etməyin.
Bildirişlər
1. Allahın, Peyğəmbərin (s), Əhli-beytin (ə) vilayətini qəbul edənlər hizbullahdırlar.
2. Son qələbə Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) vilayətini qəbul edənlərindir.
3. Allah qalib olduğundan Ona bağlananlar da qalibdirlər. 
4. İlahi vədələrə əsaslanaraq, hizbullah öz gələcəyinə arxayındır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 56-cı ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 56-cı ayəsi nə haqqındadır?
Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
Əl-Maidə surəsi 56-cı ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 56-cı ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 56-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 56-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 56-cı ayənin təfsiri nədir?
"Hər kəs Allahı, Onun peyğəmbərini və (əvvəlki ayədə bəyan olunmuş) möminləri özünə rəhbər götürsə (Allahın firqəsindəndir). Həqiqətən, Allahın firqəsi qalibdir.” Nöqtələr Əvvəlki ayə haqqında danışılarkən bəyan olundu ki, "o kəslər ki, iman gətirmişlər” təbiri Həzrət Əli (ə) və ondan sonrakı məsum imamlara aiddir. Allah firqəsinin nişanələri "Mücadələ” surəsinin 22-ci ayəsində belə bəyan olunmuşdur: "Yaranış və məada imanları var; Allahın düşməni ilə dostluq etmirlər.” Allah, Onun rəsulu və ima...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.