Əl-Maidə surəsi · 47-ci ayə

Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“İncil əhli Allahın o kitabda nazil etdiyi əsasında hökm etsin. O kəslər ki,
Allahın nazil etdiyi əsasında hökm etmirlər, onlar həmin azğınlardır.”

 


Nöqtələr
◘İlahi qanunlar əsasında əməl etməyənlər haqqında bir neçə ayədə ardıcıl
şəkildə “zalımlar”, “azğınlar”, “kafirlər” təbirləri işlədilmişdir. Belə ki, Allah
qanunlarını ayaqları altına atdıqlarına görə kafirdilər. Onlar məsuliyyət
sərhəddindən çıxdıqlarına görə azğın, bəziləri haqqında böhtana yol verdiklərinə
görə zalımdırlar.


◘44-45-ci ayələrdə yəhudilərə xitab olunur. Onlar Allah qanunlarını təhrif
etdiklərindən, dinlərini heçə satdıqlarından, Allah əvəzində xalqdan
çəkindiklərindən zalım və kafir sayılmışlar. Onlar cəmiyyətdəki fərdlərin
haqlarına qarşı zülmə yol verirlər.
Bu ayə isə məsihilər haqqındadır. Onlar İncil əsasında hökm etmədiklərindən
azğındırlar. Çünki haqqın sərhəddini aşmışlar.

 


Bildirişlər
1. İlahi dinlərdə haqla batili tanıma meyarı Allah tərəfindən nazil ediləndir.

2. İncildə hakimiyyət qanunları mövcuddur.
3. İstənilən bir səbəbdən ilahi qanunlar əsasında hökm etməyən və ya haqq
mühakimədən kənara çəkilən kəs azğındır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 47-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 47-ci ayəsi nə haqqındadır?
Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!
Əl-Maidə surəsi 47-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 47-ci ayənin təfsiri nədir?
“İncil əhli Allahın o kitabda nazil etdiyi əsasında hökm etsin. O kəslər ki,Allahın nazil etdiyi əsasında hökm etmirlər, onlar həmin azğınlardır.”   Nöqtələr◘İlahi qanunlar əsasında əməl etməyənlər haqqında bir neçə ayədə ardıcılşəkildə “zalımlar”, “azğınlar”, “kafirlər” təbirləri işlədilmişdir. Belə ki, Allahqanunlarını ayaqları altına atdıqlarına görə kafirdilər. Onlar məsuliyyətsərhəddindən çıxdıqlarına görə azğın, bəziləri haqqında böhtana yol verdiklərinəgörə zalımdırlar. ◘44-45-ci ayələrdə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.