Əl-Maidə surəsi - Ayə: 48
Əl-Maidə surəsi 48. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 48 MÖHSÜN QƏRAƏTİ.
“Biz kitabı (Quranı) sənə haqq olaraq nazil etdik. Belə ki, (o,) əvvəlki
səmavi kitabları təsdiq edir, onların hakimi və hafizidir. Onlar arasında
Allahın nazil etdiyi ilə hökm et! Sənin üçün gəlmiş haqqı qoyub onların nəfs
istəklərinə tabe olma. Biz sizlərdən hər biriniz üçün aşkar ayin və yol qərar
verdik. Əgər Allah istəsəydi, sizin hamınızı vahid ümmət qərar verərdi.
(Hamınızın bir qanun və ayini olardı.) Amma (Allah istəyir ki,) sizə verdiyi
ilə sizi sınağa çəkə. Belə isə, yaxşı işlərdə önə keçin. (Bilin ki,) hamınızın
qayıdışı Allaha doğrudur. O sizi ixtilaf etdiyiniz şeydən agah edəcək.”
Nöqtələr
◘“Şirət” su arxına gedib çıxan yoldur. “Minhac” aydın yol deməkdir. İbnAbbas deyir: “Şirət” Quranda bəyan olunmuş hökmlərdir. “Minhac” isə həzrət
Peyğəmbərin (s) sünnəsidir.”
“Muhəymin” sözü «qoruyan, hifz edən»
mənalarını bildirir.
◘Tövrat və İncil kitablarının səmavi olmasının təsdiqi onların əbədi qalması
mənasında deyil. Uyğun bildiriş yalnız səmavi kitabların eyni məqsəd daşıdığını
anladır.
◘Bütün dinlərin əsası eyni, şəriət qanunları isə fərqlidir. Necə ki, dənizə
müxtəlif çaylar daxil olur. Din və şəriət bizi gerçək və insani həyata çatdıran bir
yoldur. Amma hər dövr üçün bir şəriət qəbul olunmuşdur.
Bildirişlər
1. Quran başdan-başa haqdır və istənilən bir batildən qorunmuşdur.
2. Quran həzrət Peyğəmbərin (s) dövründə də yazılı şəkildə olmuşdur.
3. Quran digər səmavi kitabların üsulunu hifz edir.
4. Kitab əhli arasında Quranla hökm etmək olar.
5. Rəhbərləri hədələyən təhlükə xalqın istəklərinə meyl edib haqqı
görməməzliyə vurmaqdır.
6. İlahi sınaq vasitələrindən biri yeni şəriətin gəlməsidir. Bu vaxt kimi iman
gətirir, kimi küfrə batır və təəssüb göstərir.
7. Bəşəriyyət tarix boyu peyğəmbərlərin göstərişinə ehtiyaclı olmuşdur.
8. Mənfi sərtliklər yerinə, fürsət əldən çıxmamış, xeyir işlərdə önə keçməyə
çalışaq.
9. Müsabiqələrin mehvəri və məqsədi xeyir və mənəvi işlər olmalıdır.
10. Məada etiqad ixtilafların aradan qaldırılması və yaxşılıqlara meyl səbəbidir.